Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
15.07.2025 23:20 Hadisə

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə keçirilib.

TodayPress TV "APA"ya istinadən xəbər verir ki, 2001,2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətiimkan tədbirinin uzadılmasına baxılıb.

Məhkəmə saxlanılan şəxslərin hamısı barəsində həbs qətiimkan tədbirinin daha üç ay müddətinə uzadılması barədə qərar verib, azərbaycanlıları oktyabrın 19-dək həbsdə saxlayıb.

Məhkəmə prosesləri qapalı, medianın iştirakı olmadan keçirilib. Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları proseslərdə iştirak ediblər.

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və Rosqvardiya Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər Rosqvardiyanın idarəsinə gətirilərək onlara işgəncə verilib. Nəticədə iki Azərbaycan vətəndaşı - Ziyəddin Səfərov və Hüseyn Səfərov ölüb, bir neçə nəfər yaralanıb.

XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər