Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı
06.08.2025 09:52 Hadisə

Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. M.Mirzəyev məsuliyyətə cəlb olunub.

"Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik on hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir".

XƏBƏR LENTİ
16 IYUN 2026
Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Bütün Xəbərlər