Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan dəyib

Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan dəyib
25.07.2025 17:59 Hadisə

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə TodayPress TV-yə DETX-dən məlumat verilib.

Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində, Xətai rayonu Rahib Məmmədov küçəsində, Nərimanov rayonu Ağa Nemətulla, Hacı Məmməd və Faiq Yusifov küçələrinin kəsişməsində, eyni zamanda Nərimanov rayonu Dərnəgül qəsəbəsində, Gəncə şəhəri Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhəri Fikrət Əmirov adına parkın ərazisində, Abşeron rayonu Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində və Xırdalan şəhəri Hacı ZeynalabdinTağıyev küçəsində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 225740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər