Sabiq deputat ƏMƏLİYYAT MASASINDA ÖLDÜ

Sabiq deputat ƏMƏLİYYAT MASASINDA ÖLDÜ
24.02.2026 11:31

Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Mahir Aslanov vəfat edib.

TodayPress TV editor.az-a istinadən xəbər verir ki, sabiq deputat Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanada ağır ürək əməliyyatına daxil olub. Lakin əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub.

Mahir Aslanov Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Xabarovsk vilayətinin Teploozyorski sement zavodunda mexanik kimi başlayıb.

1973-1978-ci illərdə “Aztransqaz” İstehsalat Birliyində mühəndis, böyük mühəndis və avtomobil təsərrüfatının müdiri vəzifələrində çalışıb. 1978-1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, avtokombinatda aparıcı mühəndis, baş mühəndisin müavini və baş mühəndis olub.

1992-ci ildən “Azəravtonəqliyyat” Dövlət Konsernində aparıcı mühəndis kimi fəaliyyət göstərib. 1993-cü ildən “Azazmoimport”, 1995-ci ildən isə “Kəpəz” firmasının direktoru vəzifəsində çalışıb.

Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.

Mahir Aslanov 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.

Mahir Aslanov ailəli idi, 3 övladı var.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Все новости