Qeyri-etik hərəkətlər edən əcnəbilərin məhkəməsində şahidlər dindirildi

Qeyri-etik hərəkətlər edən əcnəbilərin məhkəməsində şahidlər dindirildi
04.12.2025 20:20

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruhan Hüseynov ifadəsində qeyd edib ki, qardaşı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub: “Sosial şəbəkədə yayılan videoya baxdım, gördüm ki, şəhidlərə hörmətsizlik edilib. Ona görə də şikayətçiyəm. İstəyirəm ki, onlar azadlıqdan məhrum edilsinlər”.

Daha sonra şahidlər ifadə verib.

Dağüstü parkda xadimə işləyən Kəmalə Sadıqova deyib ki, ittiham edilən şəxslərin məzarın üstündə atılıb-düşdüklərinin şahidi olub: “Onlara xəbərdarlıq etdim, amma bizi başa düşmürdülər, öz işlərinə davam edirdilər. Köynəklərini çıxarıb oynayırdılar. Mən onlara əl-qolla buranın müqəddəs yer olduğunu başa salmağa çalışsam da, təəssüf ki, anlamırdılar”.

Şəhidlər xiyabanında xadimə işləyən Sevil Əliyeva isə bildirib ki, hadisə baş verən zaman təmizlik işləri görürmüş: “Səs-küy gəldi, gedib gördük ki, qeyri-etik hərəkətlər edirlər. Dil bilmədiyim üçün heç nə deyə bilmədim”.

Şahid qismində tanınan Bəsti Ağayeva da bildirib ki, Şəhidlər xiyabanında təmizlik işləri görərkən üç gəncin nalayiq hərəkətlərini görüb: “Axşam tərəfi idi. Gördüm ki, 3 nəfər şəhid məzarı üzərindəki gülləri oynadır”.

Təqsirləndirilən şəxslər bildirib ki, hadisə zamanı onlara bir xanım yaxınlaşıb, amma ifadə verənləri tanımırlar.

Proses 9 dekabrda digər şahidlərin ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Все новости