Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA

Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA
22.07.2026 16:55

TodayPress TV-nin qaynar xəttinə son günlər “Jetex.az” kargo şirkətinin fəaliyyəti ilə bağlı bir neçə vətəndaş müraciət edib.

Şikayətçilərin sözlərinə görə, şirkətin fəaliyyətini dayandırmasından sonra Türkiyə anbarında və Bakıya gətirilmiş bağlamaların taleyi naməlum olaraq qalır. 

Vətəndaşlar bildirirlər ki, nə şirkətin əlaqə nömrələri aktivdir, nə də müraciətlərə cavab verilir.

Şikayətçilərdən Namidə Məmmədli bildirib ki, onun məhsulu mayın 14-də Türkiyədən göndərilən reyslə Bakıya çatdırılsa da, artıq iki aydan çoxdur bağlamanı təhvil ala bilmir:

“Mayın 14-də gələn reysdə məhsulum Bakıya çatıb. Şirkətin əlaqə nömrəsinə zəng etdikdə nömrənin təyin edilmədiyi bildirilir. İyulun 15-dən etibarən fəaliyyətlərini dayandırdıqlarını yalnız öz kanallarında paylaşıblar. Bundan əvvəl isə hər dəfə “bu gün”, “sabah çatdırılacaq” deyə cavab verirdilər. Son olaraq nömrəmi istədilər və tərəfdaş şirkətin mənimlə əlaqə saxlayacağını dedilər. Artıq bir aydır heç bir xəbər yoxdur. Məhsulumun dəyəri 100 manatdan çoxdur, üstəlik, kargo haqqını da ödəmişəm. Məhsul itirilibsə, dəymiş zərər kompensasiya edilməlidir”.

Digər müraciətçi isə iki sifarişinin Türkiyə anbarında qaldığını bildirib:

“Bir məhsulu iyunun 20-də, digərini isə iyulun 1-də sifariş etmişəm. Müvəqqəti fəaliyyət göstərməyəcəkləri barədə heç bir məlumat verilməyib. Məhsullarımın aqibətinin necə olacağı məlum deyil. Nə telefon zənglərinə, nə də müraciətlərə cavab verilir”.

Başqa bir vətəndaş isə TodayPress TV-yə müraciətində şirkətin məsul şəxsləri ilə əlaqə yaratmaqda köməklik göstərilməsini istəyib:

“Mallarımız Türkiyə anbarında qalıb. Şirkətlə əlaqə saxlamaq mümkün deyil. Məsul şəxslərlə əlaqələndirilməyimizə kömək edin”.

TodayPress TV məsələ ilə bağlı “Jetex.az” şirkətinin mövqeyini öyrənməyə çalışıb. Qarşı tərəfin cavabı olduğu təqdirdə materiala əlavə ediləcək.

TodayPress TV məsələ ilə bağlı “Jetex.az” şirkətinin mövqeyini öyrənməyə çalışıb. Lakin şirkətin əlaqə nömrəsinə edilən zənglər zamanı “nömrə təyin olunmayıb” bildirişi səslənib. Bu səbəbdən qarşı tərəfin mövqeyini əldə etmək mümkün olmayıb. Şirkətdən hər hansı açıqlama daxil olacağı təqdirdə, material yenilənəcək.

Qeyd edək ki, “Jetex.az”ın rəsmi səhifəsində yerləşdirilən bildirişdə şirkətin fəaliyyətini müvəqqəti dayandırdığı qeyd olunub. Bildirişdə bildirilib ki, 15 iyul 2026-cı il tarixinədək Türkiyə və İspaniya anbarlarına daxil olan bütün bağlamaların göndərişi həyata keçiriləcək. Həmçinin vurğulanıb ki, qeyd olunan tarixdən sonra anbarlara daxil olan bağlamalara görə şirkət məsuliyyət daşımır.

Xatırladaq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xidmət göstərən tərəf öhdəliklərini yerinə yetirmədiyi hallarda istehlakçıların dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Məxfi məlumatlarla bağlı saziş imzalandı 20:06 “İnstagram” çökdü 19:53 Krasnodar sakinlərinə TƏCİLİ xəbərdarlıq: “Evdən çıxmayın!” 19:48 Tramp: “Bunu heç kim istəmir” 19:39 MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi 19:15 İşğaldan azad olunmuş ərazidə yanğın başladı 19:07 İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Tanınmış universitetlə bağlı mənfi qərar verildi 18:30 Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq! 18:15 Sahibkarlar üçün yeni imkan - QƏRAR VERİLDİ 18:10 Maaş əlavəsi ilə bağlı mühüm qərar: Kimlərə şamil olunur? 18:05 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya olundu 17:37 Dələduzluq edən şəxs bu ölkədən ekstradisiya edildi 17:25 İran itkilərini yenilədi- 53 nəfər... 17:32 ВНИМАНИЕ желающим поступить в резидентуру! Началась регистрация 16:46 «Нефтчи» начал Лигу чемпионов с победы 16:21 Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA 16:55 Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı 16:14 Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTO 16:34 «Это станет катастрофой для всего мира!» — неожиданное ПРИЗНАНИЕ США 15:33 Ложь Трампа разоблачена: «Ищи другой способ выбраться из болота, в которое попал!» 15:26 Makron nazirin istefasını qəbul etmədi 15:25 Рубио: США не допустят риска распространения ядерного оружия 15:16 Все новости