Ötən il ekoloji qaydaları pozanlara 5 mindən çox akt tərtib edilib

Ötən il ekoloji qaydaları pozanlara 5 mindən çox akt tərtib edilib
17.03.2026 16:20

2025-ci ildə Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində hüquqi, vəzifəli və fiziki şəxslərin yol verdiyi qanun pozuntularına görə ümumilikdə 5 429 akt, 2 754 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcbur olan 823 göstəriş verilib.

TodayPress TV bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Sənəs əsasən, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 2 662 iş üzrə cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 1 152 iş üzrə iddia qaldırılıb, 5 577 iş üzrə ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq- mühafizə orqanlarına 1 044 iş, icra şöbələrinə 1 482 iş və məhkəmələrə ümumilikdə 291 iş göndərilib.

Ölkədə formalaşan məişət və istehsalat tullantı sularının idarə olunması üzrə nəzarət tədbirləri ilə bağlı ümumilikdə 140 akt, 76 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldınılması üçün 40 məcburi göstəriş verilmiş, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi vəzifəli və fiziki şəxslərə ümumilikdə 45 iş üzrə cərimə tətbiq edilib. Əmələ gələn tullantıların ətraf mühitə axıdılmasına görə hüquqi və fiziki şəxslərə ümumilikdə 385 iş üzrə ödəmə tətbiq olunub, tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 14 iş, icra şöbələrinə 17 iş və məhkəmələrə 42 iş göndərilib.

Hesabat ilində "Yaşıl Gələcək" va "Gələcəyə nəfəs" adlı ağacəkmə təşəbbüsləri, o cümlədən digər ağacəkmə kampaniyaları çərçivəsində kütləvi ağacəkmə tədbirləri keçirilmiş, jydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd, şabalıd, zeytun və s. yerli cinslərdən olmaqla, ümumilikdə 2,5 milyona yaxın ağac əkilib.

Ötən dövrdə 1195,4 hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 2,2 milyon ədəd ağac əkilib, müxtəlif ağac və kol cinslərindən 105,6 min kiloqram toxum tədarük edilib, 26,8 hektarda tinglik sahəsi salınmış və il ərzində müxtəlif cinslərdən ibarət 2,6 milyon ədəd əkin materialı yetişdirilib.

Azərbaycanın unikal təbii sərvətlərinin, nadir bitki və heyvan mövlərinin, həmçinin mühüm ekosistemlərin qorunması məqsədilə ölkə Prezidentinin 14 iyul 2025-ci il tarixli 664 nömrəli sərəncamı ilə iki yeni milli park "Qax, Samux va Yevlax rayonlarının inzibati ərazilərində 23,9 min hektar sahəda Axar-Baxar Milli Parkı və Qax, Zaqatala rayonlarının inzibati ərazilərində isə 13,9 min hektar sahədə İlisu Milli Parkı yaradılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində (Ağdərə rayonu üzrə 46,9 min hektar, Xocalı rayonu üzrə 27,2 min hektar, Kəlbəcər rayonu üzrə 14,9 min hektar, Laçın rayonu üzrə 1,6 min hektar olmaqla, ümumi sahəsi 90,6 min hektar sahəni əhatə etməklə) yeni milli parkın yaradılması üçün işlər yekunlaşır. Hesabat ilində milli parklarda ekoturizmin inkişafı istiqamətində işlər davam etdirilib, milli parklara daxil olan turistlərin sayı 262,3 min nəfər (onlardan 5030-u xarici, 257,3 mini yerli) olub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Все новости