Meşələrin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirildi

Meşələrin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirildi
09.04.2026 17:59

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə TodayPress TV-yə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağcabədi və Beyləqan rayonlarının ərazilərində yerləşən meşəbəyliklərində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı mərkəzlərinin məsul əməkdaşları, sözügedən meşə təsərrüfatlarının yerləşdiyi rayonların icra hakimiyyətlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin səlahiyyətli şəxsləri və yerli sahibkarlar iştirak ediblər.

Toplantılarda meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib. Toplantılarda milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün insanların, o cümlədən sahibkarların və yaxınlıqda yaşayan kənd sakinlərinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirlərdə suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Все новости