İlqar Hacıyevə hökm oxundu

İlqar Hacıyevə hökm oxundu
02.03.2026 15:39

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, İlqar Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlqar Hacıyevə ötən ilin noyabr ayında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, onun barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Daha sonra ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək "SDI Group" MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Все новости