Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsə hökm oxundu

Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsə hökm oxundu
06.08.2025 15:21 Hadisə

Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil etməkdə ittiham olunan İmamverdi Əhmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TodayPress TV xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İmamverdi Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Əhmədovun Cinayət Məcəlləsinin 28,278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinə yönələn hazırlıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı DTX-də aparılıb.

Belə ki, ittihama əsasən, İ.Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərmiş və DTX tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər