Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edildi

Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edildi
22.11.2025 17:42

Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən "Lake Hotel"in işçiləri - 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Toplanmış sübutlarla "Lake Hotel"in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.

Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Все новости