Balakəndə evdə yanğın - Ev sahibi xəsarət aldı

Balakəndə evdə yanğın - Ev sahibi xəsarət aldı
26.02.2026 22:00

Balakəndə fərdi yaşayış evində yanğın olub, 75 yaşlı ev sahibi yanıq xəsarəti alıb.

TodayPress TV-nin məlumatına görə, axşam saatlarında rayonun Qabaqçöl qəsəbəsi ərazisində olan Meşəşanbul kəndində kənd sakini 75 yaşlı Ramazan Burqayevə məxsus, kürsülü birmərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və bir ədəd xalça qismən yanıb. Yanğın zamanı ev sahibi R. Burqayev əl və üz nahiyəsindən müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Yanıq xəsarəti alan R. Burqayev əraziyə çağrılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə təhvil verilib.

Yanğının söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Все новости