Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
29.07.2026 18:00

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə APA-nın əldə etdiyi xəbərə görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
29 июля 2026
Netanyahu ABŞ ilə bağlı: “Sizə bunu göstərmirlər” 20:40 ABŞ Fransanın yeni səfirini qəbul etməyəcək? - SƏBƏB bu imiş 20:30 ABŞ-dən İrana SON XƏBƏRDARLIQ: “Səlahiyyətiniz yoxdur!” 20:06 İlham Əliyev Serbiya və Macarıstana yeni səfirlər təyin etdi 19:59 Prezident onları vəzifəsindən geri çağırdı 19:53 Azərbaycanın Avstriyadakı yeni səfiri o oldu 19:48 Prezident Avstriyadakı səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi 19:45 100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi 19:40 Zelenski ABŞ-dən qayıdanda “yolüstü” Polşaya da “dəydi” 19:33 Atası ilə çimməyə getdi, faciə ilə üz-üzə qaldı - 16 yaşlı yeniyetmənin vəziyyəti necədir? 19:28 Rusiya Odessada mühüm hədəfləri vurdu 19:15 Lavrov: “Rusiya müqəddəsdir, çətin anlarda yuxarıdan yardım gəlir” 19:04 Elmir Çərkəzov gümüş medal qazandı 18:56 Abdurrahman Hüseynli dünya çempionatında gümüş medal qazandı 18:39 Ədliyyə Nazirliyi onu Azərbaycana gətizdirdi 18:33 Əli Cavadlı dünya çempionatında gümüş medal qazandı 18:22 Bu ərazilərdə təsərrüfat işi aparanlar diqqətli olsun! - YENİ TƏLƏBLƏR 18:19 Xalq artistinin adı bu məktəbə verildi 18:12 Magistraturaya qəbul nəticələri açıqlandı 18:03 Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu 17:45 Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Трамп заявил, что на ракетные удары Ирана будет дан жесткий ответ 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 Все новости