Bakıda məşhur ailənin oğlu faciəvi şəkildə öldü

Bakıda məşhur ailənin oğlu faciəvi şəkildə öldü
25.05.2026 14:52

Tanınmış rejissor Eltən Qədimbəylinin (Törəçi) ailəsində ağır itki üz verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, paylaşım edib.

Belə ki, onun əmisi oğlu, 22 yaşlı Leysan Mikayıloğlu Qədimbəyli vəfat edib.

Rejissor Leysanın adi bir insan olmadığını, azad ruhu, sənətə və təbiətə bağlılığı ilə hər kəsin yaddaşında xüsusi yer tutduğunu bildirib.

Onun sözlərinə görə, Leysan rəssamlıq təhsili alıb, keramika sənətinə böyük maraq göstərib və öz emalatxanasını qurmağı arzulayıb. Təbiəti, dağ yürüşlərini, oxçuluğu və xüsusilə göyərçinləri sevən Leysan ailə məclislərinin ən sevilən simalarından biri olub.

"Bəzi insanlar gedəndə sadəcə özləri getmir… O evin səsi də azalır, istiliyi də…" - deyə Eltən Qədimbəyli paylaşımında qeyd edib.

Xatırladaq ki, 24 may tarixində paytaxtın Suraxanı rayonunda 22 yaşlı Leysan Qədimov səhhətində yaranan qəfil ağırlaşma səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, L.Qədimovun səhhətində anadangəlmə problem varmış. O, Sədərək rayonundan olan Qədimbəyli ailəsinin övladıdır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Putin "Allahın Evi"ni vurdu - Zelenskidən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Все новости