Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir?

Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir?
04.06.2026 11:50

Suraxanı rayonunun Hövsan qəsəbəsində bir qrup şəxsin vətəndaşı zorla avtomobilə mindirməyə çalışdığı iddia olunan hadisə ictimaiyyətdə müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə nəfərin bir şəxsi avtomobilə tərəf aparmağa çalışdığı, zərərçəkmişin isə müqavimət göstərdiyi görünür.

TodayPress TV xəbər verir ki, hadisə gecə saatlarında Hövsan qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin yaxınlığında baş verib.

Bildirilir ki, tərəflər arasında əvvəlcədən yaranmış mübahisə nəticəsində bir qrup şəxs tanıdıqları vətəndaşı zorla avtomobilə mindirərək aparmağa cəhd edib. Hadisə zamanı zərərçəkmiş yaxınlıqdakı mağazaya sığınaraq özünü müdafiə etməyə çalışıb.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi və tərəflər arasındakı münasibətlərin mahiyyəti ilə bağlı rəsmi açıqlama verilməsə də, hüquq-mühafizə orqanları tərəfindən hadisə iştirakçılarının müəyyənləşdirilməsi və araşdırılması istiqamətində tədbirlər görülür.

Mütəxəssislərin fikrincə, əgər istintaq zamanı şəxsin zor tətbiq edilməklə iradəsinin əleyhinə olaraq başqa yerə aparılmasına cəhd edildiyi sübuta yetirilərsə, hadisəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi – adam oğurluğu maddəsi ilə hüquqi qiymət verilə bilər. Qanunvericiliyə əsasən bu əməli törədən şəxslər 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilərlər. Ağırlaşdırıcı hallar müəyyən edildikdə isə daha sərt sanksiyalar tətbiq olunur.

Bununla yanaşı, istintaqın nəticəsindən asılı olaraq hadisə başqa maddələrlə də tövsif oluna bilər. Belə ki, qanunsuz azadlıqdan məhrum etmə, xuliqanlıq, hədə-qorxu ilə tələb etmə və ya sağlamlığa zərər vurma halları müəyyən edilərsə, cinayət işinin hüquqi kvalifikasiyası dəyişəcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər hadisənin yalnız bir hissəsini əks etdirir. Buna görə də hüquqi qiymətləndirmə yalnız istintaqın yekun nəticələri və toplanmış sübutlar əsasında aparılacaq.

Hadisə bir daha göstərir ki, şəxsin iradəsi əleyhinə zor tətbiq etməklə aparılmasına yönələn hərəkətlər qanunvericilikdə ağır cinayət hesab olunur və ciddi hüquqi məsuliyyət yaradır.

Xanım Musayeva

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Все новости