Ali Məhkəmə: Eyni cinayətə ikiqat hüquqi qiymət verilməsi qanunaziddir

Ali Məhkəmə: Eyni cinayətə ikiqat hüquqi qiymət verilməsi qanunaziddir
28.01.2026 12:06

Ali Məhkəmənin Cinayət kollegiyası vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib.

Bu barədə TodayPress TV-yə məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, məhkum vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, habelə aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlakı ələ keçirməklə dələduzluq edib. Həmin əməllər birinci və apellyasiya instansiya məhkəmələrinin qərarı ilə sübuta yetirilmiş hesab edilib.

Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirinin sübuta yetirilmədiyi iddia olunaraq, cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilib.

Ali Məhkəmə kassasiya instansiyası kimi bu dəlilləri araşdıraraq belə nəticəyə gəlib ki, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilib, məhkumun təqsirliliyi mötəbər sübutlarla təsdiq olunub və ona bəraət verilməsi üçün Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bununla yanaşı, Ali Məhkəmə cinayət qanununun tətbiqi zamanı yol verilmiş hüquqi səhvi aradan qaldıraraq, öz mövqeyini ətraflı şəkildə əsaslandırıb.

Ali Məhkəmə qeyd edib ki, məhkumun vahid cinayət qəsdi ilə törətdiyi əməllər çərçivəsində faktiki olaraq 6 milyon manatdan çox pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, əlavə olaraq 45 min manat məbləğində pulun ələ keçirilməsinə cəhd göstərilib. Hər iki hərəkət vahid niyyətlə həyata keçirildiyindən, onların ayrı-ayrılıqda müstəqil cinayətlər kimi qiymətləndirilməsi yolverilməzdir.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, faktiki olaraq ələ keçirilmiş əmlakın dəyəri Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş "xüsusilə külli miqdar" həddini təşkil etdikdə, əməl bitmiş cinayət kimi həmin maddə ilə tam əhatə olunur. Bu halda eyni niyyətlə törədilmiş, lakin başa çatdırılmamış hərəkətlərin əlavə olaraq "dələduzluğa cəhd" kimi ayrıca tövsif edilməsi eyni əmələ ikiqat hüquqi qiymət verilməsinə səbəb olur ki, bu da cinayət qanununun tələblərinə ziddir.

Ali Məhkəmə vurğulayıb ki, vahid cinayət qəsdi ilə əhatə olunan əməl eyni zamanda həm bitmiş cinayət, həm də həmin cinayətə cəhd kimi paralel şəkildə tövsif edilə bilməz. Belə yanaşma cinayətlərin süni şəkildə çoxaldılmasına və Cinayət Məcəlləsinin 17.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu anlayışının yanlış tətbiqinə gətirib çıxarır.

Bu hüquqi əsaslarla Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək, məhkumun Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsini məhkəmə qərarlarından xaric edib. Apellyasiya instansiyası məhkəməsinin qərarı və birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Все новости