Zəfərin beşinci ilində ölkə başçısından humanist addım: minlərlə ailəyə ümid…

Zəfərin beşinci ilində ölkə başçısından humanist addım: minlərlə ailəyə ümid…
16.12.2025 16:32

Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə humanizm prinsiplərinə əsaslanaraq genişmiqyaslı amnistiya təşəbbüsü irəli sürüb. Layihə Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edənlər, onların yaxınları, sosial həssas qruplar və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslər daxil olmaqla 20 mindən çox insanı əhatə edə bilər və bu, müstəqillik dövrünün ən böyük amnistiyası sayılır.  

Maraqlıdır, amnistiya təşəbbüsünün cəmiyyətin reinteqrasiyası və post-müharibə sosial barışının möhkəmlənməsinə real təsiri necə olacaq?  

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev humanizm və mərhəmət prinsiplərindən çıxış edərək Konstitusiya və Suverenlik İli çərçivəsində 20 mindən çox insana şamil edilə biləcək amnistiya aktı təşəbbüsü ilə çıxış edib.

"Amnistiya aktının qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə aiddir və bu, parlamentin müstəsna səlahiyyətidir. Qeyd etmək lazımdır ki, bu dəfə amnistiya maksimum sayda insanı əhatə edəcək. Söhbət 20 mindən artıq məhkumdan və ya cinayət törətmiş şəxslərdən gedir".

O, xatırladıb ki,  2021-ci ildə də cənab Prezident analoji təşəbbüslə çıxış etmişdi. Həmin amnistiya “Zəfər Amnistiyası” adlandırılmış və 17 200-dən çox şəxsə şamil olunmuşdu.

Parlamentari vurğulayıb ki, amnistiya Vətən müharibəsi iştirakçılarına və həssas qruplara şamil olunur:

"Hazırkı amnistiya aktı ilk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində iştirak etmiş şəxslərə, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edənlərə, həmçinin onların yaxınlarına tətbiq ediləcək. Bununla yanaşı, humanizm prinsipləri əsasında qadınlara, 60 yaşdan yuxarı şəxslərə və yetkinlik yaşına çatmayanlara da amnistiya şamil olunacaq. Bu addım Zəfərimizin beşinci ilində atılan mühüm qərar kimi cəmiyyətdə böyük rəğbətlə qarşılanıb".

Deputat, həmçinin qeyd edib ki, amnistiya aktları daha geniş xarakter daşıyır:

"Amnistiya” sözü yunan mənşəlidir və “bağışlamaq”, “unutmaq” mənasını verir. Amnistiya aktını Milli Məclis qəbul edir və o, konkret şəxslərə deyil, kateqoriyalar üzrə tətbiq olunur. Əfv isə Prezidentin sərəncamı ilə həyata keçirilir və fərdi xarakter daşıyır".

Onun sözlərinə görə, bu amnistiya aktı yalnız məhkum olunmuş şəxslərə deyil, həm də barəsində cinayət işi başlanmış, lakin məhkəmə hökmü çıxarılmamış şəxslərə də şamil edilə bilər. Yəni istintaq mərhələsində olan və müvafiq kateqoriyalara uyğun gələn şəxslər də bu aktdan yararlana bilərlər.

E.Nəsirov sonda diqqətə çatdırıb ki, bu addım insanların cəmiyyətə qayıdışını və yenidən inteqrasiyasını hədəfləyir:

"Nəticə etibarilə, bu təşəbbüs cənab Prezidentin humanizm və mərhəmət prinsiplərinə sadiqliyinin növbəti təzahürüdür. Zəfər ilində xalqımız tarixi qələbəmizin beşinci ildönümünü qeyd etdiyi bir vaxtda bu addım həm məhkum olunmuş, həm də cinayətdə ittiham edilən şəxslərin ailələrinə sevinc bəxş edir. Məqsəd azadlığa çıxan şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, səhvlərini təkrarlamaması və hüququn aliliyinin təmin olunduğu azad, demokratik ölkədə cəmiyyətin tamhüquqlu üzvlərinə çevrilməsidir".

 Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Все новости