Yeni Klinikada niyə sıxlıq yaranıb? - RƏSMİ

Yeni Klinikada niyə sıxlıq yaranıb? - RƏSMİ
21.11.2025 12:21

"Sosial mediada Yeni Klinikanın qarşısında növbə sıxlığı ilə bağlı yayılan görüntülərlə əlaqədar olaraq bildiririk ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb". 

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir:

"Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir. 

Qeyd etdiyimiz kimi, Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar".

Məlumatda vurğulanır ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur. 

Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilirlər.

Yeni Klinika pasiyentlərə daha rahat və çevik xidmət göstərilməsi üçün bütün prosesləri nəzarətdə saxlayır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Все новости