Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ

Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ
18.04.2026 18:15

Səhər saatlarından etibarən Bakı şəhərinin və qəsəbələrin 556 küçəsi eləcə də məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Bu barədə TodayPress TV-yə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

TodayPress TV

***

11:56

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) təmizliklə bağlı paytaxtda yaz mövsümü ilə əlaqədar növbəti daxili iməcilik keçirib.

Bu barədə TodayPress TV-yə BŞİH-dən məlumat verilib.

Keçirilən iməcilik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, ara yollar səhər saatlarından yuyucu maddələrlə yuyulub, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.

Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

TodayPress TV

ФОТО

Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 1
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 2
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 3
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 4
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 5
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 6
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 7
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 8
Yaz mövsümü ilə bağlı 556 küçə yuyuldu - YENİLƏNDİ — 9
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Все новости