Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO

Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO
26.08.2025 12:08 Cəmiyyət

Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir. İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri idarə tərəfindən müntəzəm icra olunur. Məqsəd sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirməkdir. 

Bu barədə TodayPress TV-yə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Rayon ərazisində içməli su şəbəkəsinin ümumi uzunluğu 348 kilometrdir. İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki, bundan 108244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılır.

Yasamal rayon Sukanal İdarəsinin rəisi Sərxan Orucov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, sukanal idarəsi tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094  paqon metr müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti isə təmir olunub. Habelə yaşayış binalarının zirzəmisində 797 paqon metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos quraşdırılıb, 24 ədəd  nasos və 1 ədəd elektrik mühərriki təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya olunub, ümumilikdə 109071 abonent su ilə təmin edilib. 

FOTOLAR

Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 1
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 2
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 3
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 4
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 5
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 6
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 7
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 8
Yasamal rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir - FOTO — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 Bütün Xəbərlər