VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi

VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi
22.07.2026 13:38

"Yüksəliş" müsabiqəsinin VI mövsümünün final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb.

TodayPress TV xəbər verir ki, VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.

Qalib adını qazanan iştirakçıların 15 nəfərini kişilər, 5 nəfərini isə qadınlar təşkil edir.

Yaş qrupları üzrə aparılan təhlilə əsasən, ən yüksək göstərici 21–30 yaş aralığında qeydə alınıb. Qaliblərdən 11 nəfəri 21–30, 9 nəfəri isə 31–40 yaş qrupuna daxildir.

İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb və qaliblərdən 9 nəfəri paytaxtı təmsil edir. Digər qaliblərdən 3 nəfəri Qazax–Tovuz, 2 nəfəri Qarabağ, hər biri 1 nəfər olmaqla Mil–Muğan, Lənkəran–Astara, Şirvan–Salyan, Şərqi Zəngəzur, Abşeron–Xızı və Quba–Xaçmaz iqtisadi rayonlarını təmsil edir.

Bakalavriat pilləsi üzrə qaliblər əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarıdır.

Magistratura pilləsi üzrə uğur qazanan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, EU Business School Barcelona, Massachusetts Institute of Technology və Stockholm Universitetinin məzunları üstünlük təşkil edir.

Doktorantura və aspirantura səviyyəsi üzrə təhsil alan bir qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Bakalavriat səviyyəsi üzrə nəticələrə əsasən, qaliblərin hər biri ali təhsilini Azərbaycanda alıb. Belə ki, 20 qalibin hamısı bakalavriat təhsilini ölkə daxilində başa vurub.

Magistratura səviyyəsi üzrə göstəricilər də diqqət çəkir. Ümumilikdə 16 qalib magistratura təhsili alıb. Onlardan 10 nəfəri magistratura təhsilini Azərbaycanda, 5 nəfəri xarici ölkələrdə, 1 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib.

Doktorantura və aspirantura səviyyəsində təhsil alan 1 qalib təhsilini Azərbaycanda alıb.

Qaliblərin fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, iştirakçıların 50 faizi dövlət sektorunu, 45,45 faizi özəl sektoru, 4,55 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir.

VI "Yüksəliş" müsabiqəsinin qaliblərinin adları aşağıdakılardır:

Xasayev Faiq Əmir oğlu

Əliyev Hikmət Fazil oğlu

Lətifli Röyal Şahid oğlu

Mirzəyev Əlizamin Mehman oğlu

Məcidli Famil Sərdar oğlu

Mansurova Sevda Faiq qızı

Şahbazov Şirin Məhəmməd oğl

Klıçev Klıç Ağarəhim oğlu

İbrahimov Elbrus Mirnəsib oğlu

Fərzəliyev Əlizadə Ərəstun oğlu

Bayramova Nəzakət Vüqar qızı

Məlikov Seyid Avtandil oğlu

Əlizamanlı Anar Mehman oğlu

Məmmədrzayev Elmar Ehtibar oğlu

Əliyev Elnur Ceyhun oğlu

Nadirov Fərid İlham oğlu

Abbasova Fidan Sahib qızı

Cəlilova Ləman Natiq qızı

Rzazadə Mətanət Şəhriyar qızı

Babayev Rüfət Müzəffər oğlu

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Makron nazirin istefasını qəbul etmədi 15:25 Rubio: ABŞ nüvə silahının yayılması riskinə yol verməyəcək 15:16 "Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək 15:13 Azərbaycan bu ölkə ilə vizanı qarşılıqlı aradan qaldırdı 15:07 Prezident 3 fərman imzaladı 14:58 Prezident Rauf Arifoğlunu təltif etdi 14:50 Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 В Баку возникли интригующие вопросы вокруг тайной встречи между Германией и Россией 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 Израиль считает дни: Вторгнется в Иран по первому же приглашению 13:12 На каких условиях Арзум была выпущена на свободу? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Кто в Азербайджане зарабатывает больше и меньше всех? — СПИСОК 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 ЧТО глобальные державы ищут в Азербайджане? Аналитик раскрыл шифры 12:35 Правила получения водительских прав изменились 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 Иран сообщил очень важную новость: мы сбили американские истребители 12:12 В Анкаре потерпел крушение учебный вертолет — Есть раненые 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Потребовали ужесточения наказания для Арзум 11:13 Все новости