Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi

Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi
22.01.2026 13:00

Yanvarın 22-də Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi olub.

TodayPress TV xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər.

Şəhidin məzarı üzərinə tər güllər düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun keçdiyi Zəfər yolundan bəhs edib, Elvin Şükürlü kimi qəhrəman oğulların cəsarəti və misilsiz şücaəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıblar. Xalqımızın şəhidləri heç zaman unutmayacağı, onların şərəfli döyüş və həyat yolunu nəsillərdən-nəsillərə örnək kimi çatdıracağı vurğulanıb.

Sonra 221 nömrəli məktəbdə şəhidin adını daşıyan sinfin şagirdləri şeirlər səsləndiriblər.

Qeyd edək ki, şəhid leytenant Elvin Şükürlü 1997-ci il iyunun 14-də Füzuli rayonunda hərbçi ailəsində anadan olub. O, əslən Cəlilabad rayonundandır. Atasının hərbçi olması Elvinin də, qardaşı Elnurun da həyatına təsirsiz ötüşməyib. Hər iki qardaş atalarının yolunu davam etdiriblər. Ataları Azad Şəkərov isə ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.

Elvin Şükürlü hərbi sahəyə ilk addımı 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atıb. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. Leytenant rütbəsinə yüksəldikdən sonra Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə dağatıcı taqım komandiri kimi xidmətə başlayıb. Sonradan tankəleyhinə taqım komandiri vəzifəsində xidmət etsə də, yenidən öz istəyi ilə ön xətt taborlarında dağatıcı taqım komandiri vəzifəsində xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən bir hərbçi kimi ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə düşmənin Kəlbəcərdəki “Üçtəpələr” postunu tutur. İki gün postu özlərində saxlayan döyüşçülərimiz sentyabrın 28-də düşmənin əks-hücumu ilə üzləşirlər. Post uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Lakin uzun müddət itkin olan leytenantın cənazəsi 2021-ci ilin yanvarında tapılır. Şəhid leytenant 2021-ci il yanvarın 22-də Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) torpağa tapşırılır.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Şükürlü ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 Все новости