Uşaqlara qoyulan adlar dəyişir – Milli kimlik təhlükədədir

Uşaqlara qoyulan adlar dəyişir – Milli kimlik təhlükədədir
13.04.2026 17:48

Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gələcəyimizin adı: yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda dinləmə keçirilib.

Bildirilib ki, son vaxtlar uşaqlara verilən adların seçilməsi zamanı bəzi problemlər müşahidə olunur. Gənc valideynlər seriallardan, cizgi filmlərdən, oxuduqları xarici əsərlərdən və texnoloji yeniliklərdən təsirlənərək övladlarına ad seçirlər. Bəzən isə müxtəlif söz və hecaları birləşdirərək yeni adlar yaradırlar. Bu cür adlar Azərbaycan dilinin qaydalarına uyğun olmur və milli kimliyimizi əks etdirmir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı bildirib ki, bütövlükdə bu mövzu kimlik məsələsinin mərkəzinə toxunur. 


Onun sözlərinə görə, ad – tarixin yaddaşı, mədəniyyətin kodu, millətin nəfəsi kimi qəbul edilə bilər:

"Mövcud mənzərəyə baxdıqda görürük ki, qloballaşma dalğası artıq təkcə iqtisadi və texnoloji sahələrlə məhdudlaşmır; o, insanın özünü adlandırmaq haqqına belə təsir etməyə başlayıb. Seriallar, cizgi filmlər və ümumən “populyar mədəniyyət” vasitəsilə yayılan adlara diqqət yetirdikdə, onların zahirdə fərdi seçim kimi görünsə də, dərin qatlarda mədəni istiqamət dəyişikliyinin əlaməti olduğu sualı yaranır".

Laureat xatırladıb ki, ad milli varlığın ən ilkin ifadəsidir. O, mənsubiyyət hissini daşıyır, insanın mənəvi “ruh xəritəsini” formalaşdırır:

"Azərbaycan və ümumilikdə Türk dünyasında adlar heç vaxt təsadüfi olmayıb. “Alp”, “Bilgə”, “Səlcuq”, “Oğuz” kimi adların hər biri tarixi yaddaşı, etik-estetik dəyərləri və mənəvi koordinatları özündə ehtiva edir. Bu adlar nəsillər arasında görünməz bir mədəni körpü rolunu oynayır. Bəs bu gün nə baş verir? Bəzən valideynlər ad seçərkən onun mənasını, kökünü, fonetik uyğunluğunu və kimlik yükünü bir kənara qoyaraq daha çox “trend”lərə üstünlük verirlər. Hətta dilimizin fonetik və morfoloji qaydalarına uyğun gəlməyən süni adlar meydana çıxır. Bu artıq təkcə estetik məsələ deyil – bu, dilin daxili harmoniyasına və milli yaddaşa müdaxilə kimi qiymətləndirilə bilər".

Ekspert əlavə edib ki, bu prosesi sərt qadağalarla həll etmək doğru yanaşma deyil:

"Ad qoymaq ailənin hüququdur. Lakin cəmiyyət olaraq bizim də maarifləndirici, yönləndirici və zövq formalaşdırıcı missiyamız var. Bu baxımdan üç əsas istiqamət ön plana çıxır: 

Birincisi – maarifçilik.

Valideynlər anlamalıdır ki, qoyulan ad yalnız fərdi seçim deyil, həm də mədəni məsuliyyətdir.

İkincisi – dilin qorunması.

Adlar Azərbaycan dilinin fonetik və semantik sisteminə uyğun olmalıdır. Dilə yad səslər və strukturlar zamanla kimlik aşınmasına gətirib çıxara bilər.

Üçüncüsü – mədəni cazibənin artırılması.

Milli adlarımız ədəbiyyatda, mediada, kinoda və ictimai diskursda daha çox təqdim olunmalıdır. Gənc valideynlər alternativ görmədikdə təbii olaraq başqa istiqamətlərə yönəlirlər".

Əkbər Qoşalı sonda qeyd edib ki, ad insanın ilk kimlik nişanıdır. O, pasportdan əvvəl, məktəbdən əvvəl, hətta bir çox rəsmi atributlardan da öncə gəlir. Əgər biz bu nişanı zəiflətsək, zamanla onun arxasında duran mədəni qatları da itirmək riski ilə üzləşərik:

"Cəmiyyətimiz isə bu məsələdə sağlam tarazlıq tapa biləcək gücə malikdir. Çünki bu xalqın yaddaşı dərin, dili zəngin, kimliyi isə möhkəmdir. Sadəcə, o yaddaşı unutmamaq, o dili qorumaq və o kimliyi yaşatmaq lazımdır. Məhz bu yanaşma ən doğru alternativdir – xüsusilə də Qalib Azərbaycanda", deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Все новости