Uşaqlar üçün təhlükəsiz məkan yaradaq: nələrə diqqət edək?

Uşaqlar üçün təhlükəsiz məkan yaradaq: nələrə diqqət edək?
05.08.2025 14:55 Cəmiyyət

Cinsi istismara hər bir uşaq məruz qala bilər — həm qızlar, həm də oğlanlar. İstismar edən şəxs isə çox zaman uşağın tanıdığı şəxs olur: ailə üzvü, dost, qonşu və ya digər. Uşaqlar və yeniyetmələr adətən cinsi istismarı üzə çıxarmaqdan və ifşa etməkdən çəkinirlər. Buna görə də, valideynlər, müəllimlər, həkimlər və onların həyatında olan digər şəxslərin mümkün əlamətləri duymaları həyati əhəmiyyət daşıyır.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Kimlər daha yüksək risk altındadır?

- Əlilliyi olan və özünü ifadə edə bilməyən uşaqlar

- Təcrid olunmuş və ya valideyn nəzarətindən kənarda qalan uşaqlar

- Ailəsi tərəfindən laqeydlik görən uşaqlar.

Uşaqlar onlayn mühitdə də istismara məruz qala bilərlər – bu şəxs həm tanış, həm də yad adam ola bilər.

Ən önəmlisi unutmamalıyıq ki, uşaq heç bir halda günahkar deyil. Valideynlər uşaqların təhlükəsizliyi üçün çalışmalı, onları daim dinləməli və onlara inanmalıdırlar.

Aşağıda, uşaqları qorumaq üçün tətbiq edə biləcəyiniz ehtiyat tədbirləri sadalanıb.

Uşağınız təhlükə altındadırsa, tərəddüd etmədən müvafiq qurumlara müraciət edin.

Əgər vəziyyətdən əmin deyilsinizsə, lakin uşağın zərər gördüyündən şübhələnirsinizsə, vəziyyəti dəyərləndirmək və istismarı dayandırmaq üçün mütəxəssilərə müraciət edə bilərsiniz.

Uşağın həyatında fəal olun

Uşağın gündəlik həyatında aktiv olmaq, istismarın əlamətlərini daha tez duymağa və uşağın sizə rahatlıqla müraciət etməsinə şərait yaradar. Şübhələndiyiniz anda müdaxilə etmək üçün fürsətiniz olar.

- Onların gündəlik həyatı ilə maraqlanın.

Gün ərzində nə etdiklərini, kimlə vaxt keçirdiklərini soruşun. Naharda kiminlə oturdular? Məktəbdən sonra hansı oyunları oynadılar? Əyləndilərmi?

- Uşağınızın ətrafındakı insanları tanıyın.

Uşağınız kimlərlə vaxt keçirir — həm digər uşaqları, həm də böyükləri tanıyın. Onlarla, dostlarının valideynləri ilə, məşqçi və ya müəllimlər ilə danışın. Bu barədə açıq söhbətlər aparın ki, uşaq da sizə açıq danışmağı vərdiş etsin.

- Baxıcı və tərbiyəçiləri diqqətlə seçin.

Uşaq üçün baxıcı, məktəb və ya dərsdənkənar fəaliyyət seçərkən diqqətli olun. İzləmə və araşdırma aparmaq vacibdir.

- Media barədə danışın.

Cinsi zorakılıq mövzuları tez-tez xəbərlərdə və seriallarda əks olunur. Uşağınızla bu barədə söhbət edin. “Bu haqda əvvəllər eşitmisən?”, “Əgər bu vəziyyətdə olsaydın, nə edərdin?” kimi suallarla mövzuya giriş edə bilərsiniz. Bu, uşağa bu məsələlərin danışmağa dəyər olduğunu göstərəcək.

Cinsi istismarın əlamətləri ilə tanış olun və uşağınızdakı, ən kiçik dəyişikliyi belə müşahidə edin.

- Əlamətlərə diqqət yetirin.

Uşaqları danışmağa təşviq edin

Uşaq səsinin eşidiləcəyini və dediklərinin ciddi qəbul ediləcəyini biləndə, çətinlikləri, problemləri haqqında daha cəsarətlə danışır. Uşaqlarınızla hər mövzuda söhbət edin, onunla səmimi və yaxın olun. Belə söhbətlərə uşaqlarınız hiss və emosiyaları barədə danışdığı andan başlaya bilərsiniz. Əgər hələ danışmamısınızsa – narahat olmayın, heç vaxt gec deyil.

- Sərhədləri öyrədin.

Uşağa izah edin ki, heç kim – nənə-baba və ya valideyn də daxil olmaqla – istəmədiyi şəkildə ona toxunmamalıdır. Bədənlərinin yalnız özlərinə aid olduğunu başa salın. Eyni zamanda, uşağa başqasına da icazəsiz toxunmamaq lazım olduğunu izah edin.

- Bədən üzvləri barədə danışmağı öyrədin.

Kiçik yaşlardan etibarən uşağa bədən üzvlərinin adlarını öyrədin. Bu terminləri bilməsi, nəsə baş verəndə sizə daha rahat şəkildə izah etməsinə kömək edir.

- Əlçatan olun.

Uşağınıza tam diqqət ayıracağınız vaxtlar müəyyən edin. Onlara bildirin ki, istədikləri zaman sizə sual verə və ya onları narahat edən bir mövzu barədə danışa bilərlər. Danışdıqları zaman bu vədi unutmayın və həmişə vaxt ayırın.

- Onlara cəza verilməyəcəyini izah edin.

Cinsi istismar edənlər çox zaman uşaqları susdurmaq üçün onları qorxudur və ya cəza ilə hədələyirlər. Uşağınıza tez-tez xatırladın ki, sizə danışdığı heç bir şeyə görə cəzalandırılmayacaq. Danışanda bu sözünüzü yerinə yetirin və cəsarətini dəstəkləyin.

- Yeni mövzuları açmağa şərait yaradın.

“Əyləndinmi?”, “Yaxşı keçdi?” kimi qapalı suallar bəzən yetərli olmur. Uşağa öz düşüncələrini rahatlıqla paylaşmaq üçün “Başqa danışmaq istədiyin bir şey var?” kimi açıq suallar verin.

XƏBƏR LENTİ
16 IYUN 2026
Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Bütün Xəbərlər