Türkiyə-Azərbaycan qardaşlığı bütün sahələri əhatə edir

Türkiyə-Azərbaycan qardaşlığı bütün sahələri əhatə edir
26.05.2025 15:17 Cəmiyyət

Bu gün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı, iki ölkə arasındakı əlaqələr bütün sahələri əhatə edir. Təbii ki, bu istiqamətdə atılan addımlarda hər iki ölkənin mediasının da üzərinə mühüm vəzifələr düşür. Heç şübhəsiz ki, bu baxımdan Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi üçün davamlı addımlar atılır. 

TodayPress TV xəbər verir ki, 400 gündə 2 qardaş ölkənin media orqanları arasında əlaqələrin daha da dərinləşməsi üçün çeşidli tədbirlər keçirdik  Çəkinmədən qeyd etmək yerinə düşər ki, bu günlərdə Azərbaycanda fəaliyyətə başlamasının 400-cü günü tamam olan Dr. Alptekin Cihangir İşbilirin Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri kimi fəaliyyətə başlamasından sonra sözügedən sahədə işlər daha da intensivləşib. 

Çünki onun özünün də qeyd etdiyi kimi, bu vəzifədə fəaliyyətə başladığı ilk gündən əsas amalı Türkiyənin və Azərbaycanın media təmsilçilərini bir platformada, sözün həqiqi mənasında birləşdirmək, birgə addımlar atmaq olub:

“Bakıda fəaliyyətə başladıqdan dərhal sonra müxtəlif sahələri əhatə edən media təmsilçiləri, o cümlədən ayrı-ayrı təşkilatlarla görüşlər keçirdik. Bundan başqa müxtəlif təşkilatlarda spesifik sahələri təmsil media təmsilçiləri ilə səhər yeməyi formatında görüşlərin təşəbbüskarı olduq. Bir sözlə, bu 400 gündə 2 qardaş ölkənin media orqanları arasında əlaqələrin daha da dərinləşməsi üçün çeşidli tədbirlər keçirdik”. 

Bu sənədlər birgə fəaliyyətimiz üçün bir “yol xəritəsi”dir Dr. Alptekin Cihangir İşbilir dedi ki, bu sahədə atılan addımlara, həyata keçirilən işlərə güc verən iki qardaş ölkənin rəhbərlərinin həyata keçirdikləri siyasətdir:

“Eyni zamanda Şuşa Bəyannaməsində öz əksini tapan müddəalar, ö cümlədən beş il öncə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu bizim fəaliyyətimiz üçün bir “yol xəritəsi”dir. Biz dövlət başçılarımızın qətiyyətindən, həmçinin sözügedən sənədlərdən güc alaraq ötən 400 gündə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıq” İndi buna nə dərəcəd nail olmuşuqsa ona sizlər, Azərbaycanın media mənsubları deyə bilər”. 

Fikir və təkilflərlə bağlı hesabatlar da hazırlayıb müvafiq qurumlara təqdim etdik  Müsahibimiz, həmçinin “sadəcə olaraq onu qeyd edim ki, keçirilən görüşlər və tədbirlər, orada səslən fikir və təkilflərlə bağlı hesabatlar da hazırlayıb müvafiq qurumlara təqdim etdik. Həmçinin, bu 400 gün ərzində 200 layihəni biz İletişim Başqanlığımıza təqdim etdik” deyə əlavə etdi.

Sözünü davam edən müsahibimiz bildirdi ki, “bundan sonra da çalışmalı olduğumuz məsələlər, birgə addımların atılması vacib olan işlər var. İki qardaş ölkənin mediası dezinformasiya ilə mübarizədən tutmuş ortaq media təlimi, beynəlxalq əməkdaşlıqdan tutmuş ortaq hüquqi düzənləmələrə qədər bir çox sahədə iki qardaş ölkə mediası olaraq fəaliyyətlərimizi davam etdirəcəyik”. 

150 il öncə qurulan əlaqələr dövrümüzə qədər davam edir  Açıqlamasında Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi məsələsinə də toxunan Dr. Alptekin Cihangir İşbilir dedi:

“Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150-ci ildönümü tamam olur. Öncəliklə mən bu möhtəşəm və vacib yubiley münasibətilə başda Azərbaycanın media sahəsindəki dövlət qurumlarının təmsilçilərini, MEDİA Agentliyi və Mətbuat Şurasının rəhbər heyətini və təmsilçilərini, o cümlədən bütün media mənsublarını təbrik edirəm.

Eyni zamanda demək istəyirəm ki, 150 il öncə dahi Həsən bəy Zərdabi “Əkinçi”nin əsasını qoyarkən o zaman Osmanlı Türkiyəsi ilə Azərbaycan arasında, Azərbaycan ziyalıları arasında media sahəsində güclü bağlar quruldu. Həmin vaxt Azərbaycanda nəşr olunan bir çox qəzetlər üçün materaillar məhz İstanbuldan gəlirdi.

Eyni zamanda həmin vaxt fikir, ideya olaraq da iki xalqın media öncülləri qarşılıqlı mübadilələr, məsləhətləşmələr edirdilər. Ö dövrdən qurulan bu əlaqələr dövrümüzə qədər davam edir və bizim də üzərimizə düşən bu əlaqələri müasir dövürn tələblərinə uyğun olaraq daha da dərinləşdirməkdir”. 

Türk dünyası ücün gərəkli layihələrə, ideyalara nəinki dəstək verilir, həm də bu layihələrin keyfiyyətli formada gerçəkləşməsinə çalışılır 

Öz növbəsində ötən 400 günlə bağlı dəyərləndirmə edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Dr. Alptekin Cihangir İşbilirin fəaliyyətini təqdir etdi: “Türkiyə səfirliyinin mətbuat müşaviri Çihangir bəy qısa müddət ərzində demək olar ki, gözlə görünəçək, dəyərləndiriləçək səviyyədə hərəkətli, çağdaş zamana uyğun bir fəaliyyət proqramı həyata keçirir. Xeyli sayda yerli və türk dünyası ücün gərəkli layihələrə, ideyalara nəinki dəstək verir, həm də bu layihələrin keyfiyyətli formada gerçəkləşməsinə çalışır. Çihangir bəyi fərqləndirən çəhətlərdən biri onun çevikliyi, ideyalara həssas yanaşmasıdır”. 

A.Aşırlı vurğuladı ki, Dr. Alptekin Cihangir İşbilir Azərbaycanın media mühiti ilə sıx işbirliyindədir:

“Dinamik, çevik bir ideya və qələm adamı kimi milli mövqelərin Azərbaycan mediasında ön sıralarda olmasına böyük əmək sərf edir və biz bunu əyani şəkildə görürük. Bu gərgin, lazımlı işlərin davamlı olaçağına əmin olaraq, Cihangir bəyə səbrlə, təmkinlə ideyalarını həyata keçirmək arzulayırıq”. 

Ötən 400 gün media istiqamətli QHT-ləri də diqqət mərkəzində olub 

Son olaraq bu sətirlərin müəllifi olaraq həm də bir QHT rəhbəri kimi mən də Dr. Alptekin Cihangir İşbilirin 400 günlük fəaliyyətilə bağlı dəyərləndirmə etməyi özümə borc bilirəm. Məsələ burasındadır ki, Cihangir bəy Bakıdakı fəaliyyəti zamanı təkcə media orqanlarını deyil, həm də media istiqamətli və ən əsası gerçəkdən türk dünyasına xidmət edən QHT-ləri də diqqət mərkəzində saxlayıb.

Bunun təsdiqi üçün bəhs edilən dövrdə keçirilən tədbir və görüşlərə nəzər yetirmək kifayətdir. Həmin tədbir və görüşlərdə media istiqamətli QHT-lərin təmsilçilərinin fikirlərinin dinlənilməsi, onların bəzən əsas çıxışçılar kimi proqramlara daxil edilməsi Dr. Alptekin Cihangir İşbilirin məsələlərə kompleks yanaşmasından xəbər verir. Əminik ki, bu yanaşma gələckdə də davam edəcək.

XƏBƏR LENTİ
16 IYUN 2026
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Bütün Xəbərlər