“Türk dünyasında qadın gücü” adlı tədbir keçiriləcək

“Türk dünyasında qadın gücü” adlı tədbir keçiriləcək
14.10.2025 16:17 Cəmiyyət

15 oktyabr 2025-ci il tarixində saat 10:00-da Bakı KOB Evində “Türk Dünyasında Qadın Gücü” adlı tədbir keçiriləcək.

TodayPress TV xəbər verir ki, tədbir “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Samsun İş Qadınları Dərnəyi (SAMİKAD) tərəfindən birgə təşkil olunur.

Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə qadın sahibkarları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, qadınların iqtisadi fəallığının artırılması və birgə layihə perspektivlərinin müzakirəsidir.

Tədbirdə çıxış edəcəklər:Tədbirdə çıxış edəcəklər:

Samir Hümbətov – KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini

Hicran Hüseynova – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ufuk Turganer – Şimali Kipr Türk Respublikasının Bakıda nümayəndəliyinin rəhbəri

Şehnaz Dereli – SAMİKAD İdarə Heyətinin sədri

Səkinə Babayeva – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri

Tədbir çərçivəsində qadın sahibkarların iqtisadi fəallığının gücləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və ortaq təşəbbüslərin inkişafı istiqamətində fikir mübadiləsi aparılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Bütün Xəbərlər