Tural Sadıqlı Bakıya gəlir? Onun bağışlanacaq əməlləri – Vəkil açıqladı

Tural Sadıqlı Bakıya gəlir? Onun bağışlanacaq əməlləri – Vəkil açıqladı
23.07.2026 09:57

Bloger Tural Sadıqlı Azərbaycana qayıtmaqla bağlı eyham vursa da, barəsində bir sıra ağır cinayət maddələri ilə qiyabi həbs qətimkan tədbiri seçilib və hazırda axtarışdadır. Xaricdə yaşayan blogerin Azərbaycana qayıdacağı və istintaqla əməkdaşlıq edəcəyi təqdirdə hansı hüquqi prosedurlarla üzləşəcəyi maraq doğurur.

Qanunvericiliyə əsasən, bu halda onu hansı proses gözləyir?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, ona qarşı irəli sürülən maddələrin bəziləri üzrə amnistiya və ya digər hüquqi güzəştlərin tətbiqi mümkün ola bilər:

“Məsələn, cinayətin ağırlıq dərəcəsindən və törədilmə müddətindən asılı olaraq, müddətin keçməsi ilə bağlı hüquqi əsaslar yarana bilər. Həmçinin sənəd saxtalaşdırılması ilə bağlı epizod üzrə də hüquqi qiymətləndirmədən asılı olaraq müəyyən qərarların verilməsi mümkündür. Eyni zamanda, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməl bəzi hallarda zərərin ödənilməsi və ya tərəflərin barışması nəticəsində hüquqi baxımdan fərqli qiymətləndirilə bilər. Bu baxımdan həmin maddələr üzrə müxtəlif hüquqi yanaşmalar mümkündür”.


Mehman Muradlı

Vəkilin sözlərinə görə, digər ittihamlar daha ağır xarakter daşıyır:

“Məsələn, kütləvi iğtişaşların təşkili və ya onlarda iştirak, vətəndaşlara qarşı zorakılıq, yaxud bu kimi əməllərə açıq çağırışlarla bağlı maddələr üzrə məsuliyyətdən yayınmaq o qədər də real görünmür. Bu ittihamlar üzrə hüquqi məsuliyyət məsələsi, böyük ehtimalla, öz aktuallığını saxlayacaq. Ümumilikdə hesab edirəm ki, bəzi maddələr üzrə hüquqi güzəştlərin tətbiqi mümkün olsa da, digər, daha ağır ittihamlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görülə bilər. Eyni zamanda, Tural Sadıqlının barəsində başlanmış cinayət işi onun xaricə ekstradisiyası və ya Azərbaycana təhvil verilməsi məsələsinə baxılarkən hüquqi əsas kimi qiymətləndirilə biləcək amillərdən biridir”.

Qeyd edək ki, Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə təqsirləndirilir: Maddə 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar – dəfələrlə və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) Maddə 220.2 (Kütləvi iğtişaşlar – kütləvi iğtişaşlarda və ya vətəndaşlara qarşı zorakılıq etməkdə iştirak etməyə çağırışlar etmə və ya bu cür çağırışları yayma) Maddə 178.1 (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla başqasının əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) Maddə 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma, yaxud saxta sənədlərdən istifadə etmə) Maddə 34.2 (Cinayətdə iştirakçılığın növləri – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törətmə) Maddə 12.1 (Cinayət məsuliyyətinin əsasları – Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş Azərbaycan Respublikası vətəndaşlarının cinayət məsuliyyəti) ilə ittiham olunur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
23 июля 2026
Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq 12:46 Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir 12:32 Türkiyədə zəlzələ oldu 12:11 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı 12:08 Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər 12:03 Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi 11:56 Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı 11:51 Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir 11:41 Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir 11:38 Rusiya tonlarla qızılı satışa çıxardı - Böhran ölkəni dalana dirədi 11:28 Qadınların peşə seçimində ilk yeri dayəlik tutub 11:39 Saleh Məmmədov Almaniyada 24 hektar torpaq alıb? – ŞOK FOTO yayıldı 11:38 Bu peşələr üzrə təhsil ali məktəb təhsilindən daha bahadır 11:32 Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 11:30 Həmid Herisçi : "Ömrümü Azərbaycana həsr etdiyim üçün peşmanam" -VİDEO 11:15 Aşpazlıq peşəsinə tələbat artdı 11:26 Bu peşədə təhsil alanlar bütün dünya ölkələrində iş tapa biləcək 11:23 İyul ayının pensiya ödənişi yekunlaşdı 11:20 Tələbələr iş tapmaq üçün daha çox bu peşələri seçirlər 11:17 Bu ildən əmək bazarında yeni peşələr üzrə təhsil veriləcək 11:15 Əraqçi ilk dəfə həmin gecədən danışdı: Hər şey xarabalığa çevrilmişdi... 11:11 Peşə təhsilinə qəbul planının böyük hissəsi dövlət sifarişli yerlərdən ibarətdir 11:06 Все новости