Tramvaylar geri qayıdır - Tıxaclar azalacaq?

Tramvaylar geri qayıdır - Tıxaclar azalacaq?
21.05.2026 17:09

Bakıda yaxın perspektivdə yeni nəqliyyat layihələrinin, xüsusilə tramvay və kanat yolu xətlərinin yaradılması gözlənilir. 

Bəs yeni nəqliyyat növləri Bakıda tıxac problemini həll edə biləcək?

Nəqliyyat eksperti Raqif Raufoğlu mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, kanat yolunun tıxac probleminin həllinə ciddi təsiri olmayacaq.


Onun sözlərinə görə, şəhərdə nəzərdə tutulan kanat yolu sisteminin tıxac probleminin həllinə birbaşa təsiri olmayacaq və əsasən turistik məqsədlər daşıyacaq:

"Bu tip kanat yolları daha çox şəhərə gələn qonaqlar üçün maraqlı və alternativ bir xidmət kimi çıxış edir. Nümunə kimi Tiflisdəki funikulyor sisteminə baxsaq, bunun gündəlik sərnişin daşınmasında tıxacların azaldılmasına ciddi təsir etmədiyini görərik".

Ekspert Bakıda tramvay xətlərinin bərpasını isə daha əhəmiyyətli addım kimi qiymətləndirib. Tramvay və elektrik qatarları şəhər nəqliyyatında real yükü azalda biləcək əsas vasitələrdəndir:

"Hövsan istiqamətində elektrik qatarlarının bərpası daha asan olacaq, çünki həmin istiqamətdə dəmir yolu infrastrukturu böyük ölçüdə qorunub saxlanılıb. Lakin Maştağa və Mərdəkan istiqamətlərində vəziyyət daha çətindir. Burada keçmiş xətlərin bir hissəsi sökülüb və bəzi ərazilərdə yaşayış evləri inşa edilib. Buna baxmayaraq, layihələrin həyata keçirilməsi Bakıda nəqliyyat sisteminə ciddi müsbət təsir göstərə bilər. Xüsusilə tramvay və elektrik qatarlarının inkişafı şəhərdə tıxacların azaldılmasına real töhfə verə bilər".

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərovun sözlərinə görə, tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir. 2028-ci ilə qədər istifadəsi baş tutacaq.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Пашинян выдаст Кочаряна Баку? — НЕОЖИДАННЫЙ ПЛАН, взбудораживший Ереван 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Все новости