Toylarda spirtli içkilər qadağan edilir? – AÇIQLAMA

Toylarda spirtli içkilər qadağan edilir? – AÇIQLAMA
13.06.2026 21:32

Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin mərhələli şəkildə aradan qaldırılması cəmiyyətdə əsasən müsbət qarşılanıb. Bəzi şəxslər hesab edir ki, müəyyən qaydalar toy məclislərində də tətbiq olunmalıdır. Xüsusilə, toylar zamanı baş verən dava-dalaşların əsas səbəblərindən birinin spirtli içki qəbulu olduğu vurğulanır.

Toylarda spirtli içkilərin verilməsi ləğv edilə bilərmi? Yaxud müəyyən norma tətbiq edilməsi mümkündür? Bu addım dava-dalaşların və digər xoşagəlməz halların qarşısını almağa kömək edərmi?

TodayPress TV xəbər verir ki, globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov hesab edir ki, bu məsələdən danışarkən ona daha çox israfçılıq kontekstindən yanaşmaq lazımdır:

“Təəssüf ki, bu gün israfçılıq halları müxtəlif sahələrdə olduğu kimi, toy məclislərində də geniş şəkildə müşahidə olunur. Toylarda həddindən artıq xərclərin çəkilməsi, nümayiş xarakteri daşıyan davranışlar və ehtiyacdan artıq məsrəflər cəmiyyət üçün narahatedici səviyyəyə çatıb. Hesab edirəm ki, bu kimi israfçılıq hallarına son qoyulmalı və daha rasional yanaşmalar təşviq edilməlidir”.

İçki məsələsinə gəldikdə isə, deputat düşünür ki, spirtli içkilər müxtəlif bədbəxtliklərə yol açır:

“Bu gün baş verən bir çox cinayət hadisələrinin, qətllərin və yol-nəqliyyat qəzalarının səbəblərini araşdırdıqda, alkoqolun təsirinin kifayət qədər böyük olduğunu görürük. İçkinin bu qədər əlçatan olması və geniş yayılması müəyyən sosial problemlərin yaranmasına səbəb olur.

Təbii ki, Azərbaycan dünyəvi və sivil dövlətdir. Ancaq bununla yanaşı, alkoqol istifadəsinin cəmiyyət üçün yaratdığı fəsadları da açıq şəkildə qeyd etməliyik. Bu fəsadlar həm insanların sağlamlığına, həm ailə münasibətlərinə, həm də ictimai təhlükəsizliyə mənfi təsir göstərir və belə halların qarşısının alınması hər birimizin marağında olmalıdır”.

Ceyhun Məmmədov deyib ki, cəmiyyətin bu kimi problemlərdən uzaq olmasına ciddi ehtiyac var:

“Bunun üçün həm maarifləndirmə tədbirləri gücləndirilməli, həm də aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılmalıdır. Çünki gündəlik həyatda bu problemlərin yaratdığı çətinliklərin və mənfi nəticələrin şahidi oluruq. Onların aradan qaldırılması istiqamətində sistemli fəaliyyətə ehtiyac var”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Все новости