Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində psixoloji-sosial dəstək gücləndirilir

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində psixoloji-sosial dəstək gücləndirilir
16.12.2025 12:48

“Xəzər rayonunda fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas əhali qruplarına psixoloji, sosial və maarifləndirici xidmətlərin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir”.

TodayPress TV xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Aysun Kərimova məlumat verib.

Onun sözlərinə görə, mərkəzdə psixoloji və sosial xidmətlər göstərilir, 0–5 yaş arası uşaqlar üçün Denver II inkişaf testi tətbiq olunur. Bu test vasitəsilə uşaqların böyük motorika və kiçik motorika bacarıqları, eləcə də ümumi inkişaf səviyyəsi qiymətləndirilir. Eyni zamanda yeniyetmələr və böyüklərlə psixoloji iş aparılır.

“Mərkəzin fəaliyyəti yalnız fərdi xidmətlərlə məhdudlaşmır. Ailələrə ziyarətlər həyata keçirilir, müxtəlif təlimlər, seminarlar və tədbirlər təşkil olunur. Maarifləndirmə tədbirləri çərçivəsində erkən nikahın fəsadları, sağlam həyat tərzi, zərərli vərdişlər, reproduktiv sağlamlıq, zorakılıq, qızlara dəstək və cins seçiminin qarşısının alınması mövzularına xüsusi diqqət yetirilir.

Bundan əlavə, digər qurumların mütəxəssislərinin iştirakı ilə dəyirmi masalar, asudə vaxtın səmərəli təşkili, qadın məşğulluğunun artırılması, insan alveri ilə mübarizə, ailə dəyərlərinin təbliği, eləcə də Beynəlxalq Mülki Müdafiə və digər mövzular üzrə tədbirlər keçirilir”, - deyə mütəxəssis qeyd edib. 

O bildirib ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi aztəminatlı və natamam ailələr, şəhid və qazi ailələri, valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud şəxslər, gənc ailələr və digər həssas qruplarla işləyir. Hər ay təşkil olunan Açıq Qapı günləri zamanı vətəndaşlara əlavə sosial və hüquqi dəstək göstərilir, mərkəzə gəlmək imkanı olmayan şəxslər üçün isə səyyar görüşlər keçirilir.

A.Kərimova əlavə edib ki, Xəzər rayonu üzrə cari ildə məişət zorakılığına məruz qalan 6 qadın və 1 kişi qeydə alınıb, 7 nəfər barəsində mühafizə orderi tətbiq olunub.

Qeyd edək ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi 2007-ci ildən fəaliyyət göstərir. Hazırda mərkəzdə 13 nəfərdən ibarət heyət çalışır.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Makronun həyat yoldaşı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 Все новости