Sumqayıtda Allahın ümidinə qalan yataqxanalar… - ŞİKAYƏT

Sumqayıtda Allahın ümidinə qalan yataqxanalar… - ŞİKAYƏT
21.05.2025 13:33 Cəmiyyət

Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən 16 və 11 nömrəli yataqxana sakinləri yaşadıqları binadan narazıdırlar. Buna səbəb isə binaların yararsız vəziyyətdə olmasıdır.     

TodayPress TV-yə  danışan şikayətçi bildirib ki, problemlə bağlı müraciət etsə də, aidiyyatı qurumlar məsələ ilə maraqlanmır:

“2022-ci il 10 aprel tarixində Fövqalədə Hallar Nazirliyi rəy verib ki, yataqxanalar dərhal boşaldılmalıdır. Lakin buna əməl edən yoxdur. 10 ildən çoxdur ki, qorxu içində yaşayırıq. Əgər zəlzələ baş verərsə, hamımız binanın altında qalacağıq. Problemlə bağlı müraciət etsək də, məsələ ilə maraqlanan yoxdur. Beş mərtəbəli yataqxanalarda nə sanitar qovşaqlar, nə də mətbəxlər işlək vəziyyətdədir”. 

Şikayəçilərin sözlərinə görə, 2015-ci ildə təmir işləri aparılsa da, qısa müddət sonra bina eyni vəziyyətə qayıdıb.  Problemi aydınlaşdırmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurum rəsmisi Eyvaz Qocayev bizə bildirdi ki, Sumqayıt şəhərindəki mövcud yataqxanalar aidiyyatı qurumlar tərəfindən verilən rəy əsasında mərhələli şəkildə söküləcək.     

“Artıq ötən il 3 yataqxanada yaşayan sakinlərin köçürülməsi ilə bağlı qərar verilib, bəzi yataqxanada isə təmir işləri aparılıb. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək". Bina sakinləri artıq neçə ildir ki, bu cavabla qarşılaşdıqlarını bildiriblər.

Qeyd edək ki, sözügedən binalara hazırda  130 ailə yaşayır. Onlar problemin təz həll olmasını istəyirlər. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər