Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO

Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO
24.06.2026 00:00

Son dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları müşahidə olunur.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərir, onların diqqətinin yayınmasına səbəb olur və ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

"Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlərlə qeyd olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar tərtib edilir. Eyni zamanda, bu cür qanunsuz hərəkətləri sosial şəbəkələrdə paylaşan sürücülər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunurlar. Cari il ərzində Sumqayıt şəhərində bu istiqamətdə aparılan tədbirlər nəticəsində 196 belə sürücü barəsində inzibati protokol tərtib edilib. Sürücülərdən bir daha tələb olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən edilmiş tələblərə ciddi əməl etsinlər. Bu istiqamətdə profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək", - məlumatda bildirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июня 2026
DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Все новости