Şəhərin mərkəzində 10 ildir həllini tapmayan problem – VİDEO

Şəhərin mərkəzində 10 ildir həllini tapmayan problem – VİDEO
17.12.2025 17:32

Bura Yasamal rayonu Parlament prospekti 500-cu məhəllə bina 4-ün ərazisidir. Ərazi uzun illərdir qaranlığa qərq olub. Bina sakinləri artıq uzun illərdir ki, bu məhəllədaxili küçənin işıqlandırılmamasından gileylənilər. 

Problemlə bağlı TodayPress TV-yə danışan bina sakini Xoşbəxt Rəhimova bildirir ki, 1976-cı ildən bu binada yaşayır.  2015-ci ildən indiyə qədər isə bu ərazidə qaranlıq hökm sürür. 

Sözügedən binanın başqa bir sakini Sadiq Əliverdibəyli isə qeyd edir ki, problemlə bağlı aidiyyatı qurumlara da məktubla müraciət etsə də, heç bir faydası olmayıb.  

Bildiyimiz kimi, küçələrin  məhəllədaxili küçələrin işıqlandırılması işinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsi baxır.  

Biz də problemlə əlaqədar olaraq "Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsi Yasamal texniki istismar rayonunun əməkdaşı Yaşar Əsədovla əlaqə saxladıq. 

Qurumun əməkdaşı məsələ ilə bağlı bildirdi ki, Yasamal rayonu üzrə 40-a yaxın küçənin işıqlandırılması yanvar ayından həyata keçiriləcək. 

Yaşar Əsədov məhəllədaxili küçələrin işıqlandırılması prosesini həyata keçirən qurumun Bakı şəhər icra hakimiyyətinin tabeliyində olan Bakı Abadlıq Xidmətinin olduğunu qeyd edərək vurğuladı ki, problem yaxın günlərdə həllini tapacaq. 

Problemi diqqətdə saxlayacağıq.   

Vüsalə Nəciyeva 

Ətraflı süjetdə: 

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Все новости