Rüfət Mahmud: “İçərişəhərdə görülən işlər xaotik deyil, strateji plan əsasında ardıcıl icra olunub”

Rüfət Mahmud: “İçərişəhərdə görülən işlər xaotik deyil, strateji plan əsasında ardıcıl icra olunub”
23.12.2025 11:34

"Qoruq ərazisində həyata keçirilən bütün layihələr xaos və parçalanmış yanaşma ilə deyil, əvvəlcədən müəyyənləşdirilmiş strateji çərçivə və sistemli fəaliyyət planı əsasında mərhələli şəkildə icra olunub".

TodayPress TV xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu yanaşma resursların səmərəli idarə edilməsinə və dayanıqlı nəticələrin əldə olunmasına imkan verib:

"İlk növbədə Qoruq İdarəsində institusional islahatlara başlanılıb. İdarəetmə strukturları optimallaşdırılıb, daha çevik, şəffaf və effektiv idarəetmə modeli tətbiq olunub. Maliyyə intizamı gücləndirilib, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarına start verilib.

Qoruq idarəsinin nizamnaməsinə uyğun olaraq korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndirilib, daxili proseslərin standartlaşdırılmasına başlanılıb. Eyni zamanda işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, təhlükəsizlik və sosial təminat mexanizmləri optimallaşdırılıb".

İdarə heyətinin sədri əlavə edib ki, Neftçilər prospekti və Əziz Əliyev küçələri boyunca fasad və balkonlar tam təmir olunub, uyğunsuz elementlər sökülüb:

"İllərlə pəncərələrdə qalan barmaqlıqlar və kondisionerlər səliqəli formaya salınıb, balkonlarda yerləşdirilən kombi sistemləri və antenalar mümkün qədər yığışdırılıb.

İçərişəhərin əsas girişində – həm Neftçilər prospekti istiqamətində, həm də Qoşa Qala ərazisində köşklərin sökülməsi nəticəsində ərazi daha estetik və səliqəli məkana çevrilib. Qoruq ərazisində panduslar quraşdırılaraq fiziki əlçatanlıq təmin edilib. Artıq imkanı məhdud olan şəxslərin İçərişəhərin ətrafında, eləcə də Neftçilər prospektindən Qız Qalasına qədər rahat hərəkət təmin olunub".

Rüfət Mahmud vurğulayıb ki, daxili ərazilərdə də genişmiqyaslı işlər aparılıb:

"Plastik materiallarla örtülmüş balkonlar orijinal görkəminə qaytarılıb, 12 evin dam örtüyü təmir olunub, 28 ünvanda sakinlərin mənzillərində təmir işləri aparılıb, bir sıra binaların fasadları bərpa edilib, baxımsız ərazilər təmizlənib.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mövcud nişanlar yenilənib, vahid standartlara uyğunlaşdırılıb, parklanma və nəzarət sistemi mərhələli şəkildə tənzimlənir. Bu sahədə işlər AYNA ilə birgə həyata keçirilib".

O bildirib ki, Qala divarı yaxınlığında illərlə toplanan və mənşəyi məlum olmayan sular divarın dayanıqlığı üçün ciddi risk yaradırdı. Qoruq İdarəsinin təşəbbüsü və Nazirlər Kabinetinin göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərsu mütəxəssisləri tərəfindən aparılan geniş araşdırma nəticəsində problem tam həll olunub.

Bundan əlavə, SOCAR-ın tabeliyində fəaliyyət göstərən Azəriqaz İstehsalat Birliyi tərəfindən sayğac qutuları yenilənib, vizual baxımdan uyğunsuz görüntü yaradan açıq borular səliqəyə salınıb. Hazırda Azərişıq və Azərsu ilə birgə digər infrastruktur xətlərinin yenilənməsi üzrə layihələr hazırlanır və bu layihələrin 2026-cı ildə icrası planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Оман и Иран подтвердили приверженность свободному судоходству в Ормузском проливе 19:06 Все новости