Ramin Məmmədov Mark Şnayer ilə görüşdü

Ramin Məmmədov Mark Şnayer ilə görüşdü
04.12.2025 15:36

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Dini Komitənin sədri Azərbaycanda zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqinin dövlətin din siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında dini konfessiyalara və ibadət yerlərinə göstərilən hərtərəfli dövlət dəstəyində öz əksini tapır. Müxtəlif dinlərin nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.

Görüş zamanı Bakı Prosesi çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərin əhəmiyyətinə də toxunan komitə sədri bu platformanın müxtəlif mədəniyyət və dinlərarası sivilizasiya arasında dialoq, əməkdaşlıq üçün geniş imkanlar yaratdığını, tolerantlığın qlobal səviyyədə təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.

Etnik Anlaşma Fondunun prezidenti, Hampton sinaqoqunun təsisçi direktoru Ravvin Mark Şnayer Azərbaycanda uzun illərdir mövcud olan dini tolerantlıq və qarşılıqlı hörmət mühitini yüksək dəyərləndirdiyini qeyd edib. O, Azərbaycanın müxtəlif dini və etnik qrupların sülh, həmrəylik və anlayış şəraitində birgə yaşaması üçün yaratdığı nümunəvi modelin xüsusi diqqət çəkdiyini bildirib. Azərbaycan tolerantlığının parlaq nümunələrindən birinin də bu ölkədə yəhudi icmasına göstərilən qayğı olduğunu deyib.

Görüşdə mövcud dinlərarası harmoniya mühitinin möhkəmləndirilməsi ilə bağlı müxtəlif ideya və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Все новости