Qiymətləndirmə sektorunda yeniliklər media nümayəndələrinə təqdim olundu

Qiymətləndirmə sektorunda yeniliklər media nümayəndələrinə təqdim olundu
24.07.2026 20:08

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib.

TodayPress TV xəbər verir ki, tədbirdə AQC-nin İdarə Heyətinin sədri Vüqar Oruc, sədrin müşaviri Asif İbrahimov, Tikinti, Abadlıq və Köçürülmə Komissiyasının sədri Elnur Fərzəliyev, Daşınmaz Əmlak üzrə koordinator Şaiq Əliyev, İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli, sədrin köməkçisi Ziya Mustafayev, eləcə də ölkənin müxtəlif media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist iştirak edib.

Görüşdə media ilə qiymətləndirmə sektoru arasında əməkdaşlığın inkişafı, ictimaiyyətin düzgün və operativ məlumatlandırılmasının əhəmiyyəti, həmçinin qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək onların cəmiyyətin obyektiv məlumatlandırılması, şəffaflığın təmin olunması və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb.

O bildirib ki, media ilə səmərəli əməkdaşlıq dövlət, biznes və cəmiyyət arasında etibarlı informasiya mühitinin formalaşmasına xidmət edir. V.Oruc qeyd edib ki, AQC-nin fəaliyyəti, qiymətləndirmə sahəsində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Görüş çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, qiymətləndirmə sahəsində aktual məsələlər və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə səmərəli əməkdaşlıq edən bir qrup media nümayəndəsi peşəkar fəaliyyətlərinə və qiymətləndirmə sahəsində ictimai məlumatlandırmaya verdikləri töhfəyə görə AQC-nin təşəkkürnamələri ilə təltif olunub.

ФОТО

Qiymətləndirmə sektorunda yeniliklər media nümayəndələrinə təqdim olundu — 1
ЛЕНТА НОВОСТЕЙ
25 июля 2026
Səudiyyə Ərəbistanından Yəmənə zərbə - Hücum GÖRÜNTÜLƏRİ 00:26 Səudiyyə gəmisinə hücum edildi - TƏCİLİ 00:10 Tramp İranla bağlı Venesuela nümunəsini çəkdi - VİDEO 23:59 İtkin düşən yeniyetmə qız həyətdə bıçaqlanmış vəziyyətdə tapıldı - TƏFƏRRÜATLAR 23:44 ABŞ İran tankerini vurdu - İDDİA 23:23 ABŞ və Britaniyanın Hörmüz boğazı ilə bağlı yeni planı var - DETALLAR 23:10 Küveytdə partlayış səsləri eşidildi - TƏCİLİ 22:49 İrana gizli zərbələr endirilib - Üç ölkənin adı hallanır 22:40 Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü 22:23 Zelenski yaxın 48 saatla bağlı XƏBƏRDARLIQ ETDİ 22:12 Putin və Netanyahu barədə order verən prokuror vəzifəsindən uzaqlaşdırıldı 22:01 Sırski səlahiyyətlərini belə təhvil verdi - FOTO 21:44 Erməni ərikləri Rusiya bazarını tərk etdi: “Bonjour, Paris!” 21:32 Fövqəladə Hallar hərəkətə keçdi - Nəqliyyatı iflic edən yanğın söndürüldü 21:08 ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!” 21:03 Zakir Həsənov 12 hərbçinin öldüyü hücumla bağlı başsağlığı verdi 20:58 Türkiyə parlamentində qüvvələr nisbəti dəyişir: Özgür Özel və 90 deputat... 14:57 İran müxalifətinin qərargahları vuruldu - FOTO 20:53 Özgür Özel: “Ehtiyat partiyamız var” 20:44 İtaliya millisinin yeni baş məşqçisi o oldu 20:39 Zelenskinin yeni “kozırı”: Rekord məsafəli dronlar hazırlanır 20:30 Bu medallar uğrunda 700-ə yaxın güləşçi mübarizə aparacaq - FOTO 20:20 Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı 20:11 Qiymətləndirmə sektorunda yeniliklər media nümayəndələrinə təqdim olundu 22:08 “Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR 20:01 Все новости