Qərbi Azərbaycana qayıdış sənədlər və faktlarla əsaslandırılmalıdır!

Qərbi Azərbaycana qayıdış sənədlər və faktlarla əsaslandırılmalıdır!
16.01.2026 11:27

"Qərbi Azərbaycana qayıdış yalnız fikirlər və şüarlar səviyyəsində qala bilməz, bu proses sənədlər, mənbələr və tarixi faktlar əsasında əsaslandırılmalıdır".

TodayPress TV xəbər verir ki, bunu "Tarixi Yurda Qayıdış" konfransında Əziz Əlibəyli deyib. 

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış dəyişilməyən bir amaldır. Lakin əsas məsələ bu qayıdışın necə və hansı əsaslarla həyata keçirilməsidir.

O vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi qələbə ölkənin gələcək strateji mərhələsinə tətbiq olunmalı idi və bu istiqamətdə əsas xətt Prezident İlham Əliyev tərəfindən müəyyən edilib.

O, Ermənistanda və bəzi dairələrdə səsləndirilən “Cənubi Qafqazda yeni düzən” iddialarını da təkzib edib:

"Yeni düzən deyil, yeni mərhələ var. Azərbaycan tarixi reallığı bərpa edir. Biz heç vaxt bizə aid olmayan coğrafiyada öz köklərimizi axtarmamışıq. Qərbi Azərbaycana qayıdışın guya Ermənistan üçün “ekzistensial təhlükə” olması ilə bağlı yanaşmaları da əsassızdır. Azərbaycanlıların qayıdışı erməni xalqının mövcudluğuna qarşı deyil. SSRİ dövründə Ermənistan əhalisi 3,5 milyon idi, bu gün isə 1,8 milyona düşüb. Bunun Azərbaycanla əlaqələndirilməsi absurddur. Bu gün Bakının səsi bütün səslərdən, hətta kilsə zənglərindən də yüksək çıxır".

Əziz Əlibəyli Azərbaycan və Ermənistanın multikultural mühitini müqayisə edərək bildirib ki, Azərbaycanda müxtəlif xristian konfessiyalarına məxsus kilsələr fəaliyyət göstərdiyi halda, Ermənistanda dini müxtəliflik faktiki olaraq mövcud deyil.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 “İmişli” Ayxan Abbaszadəni heyətinə qatdı! 20:53 Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var 20:43 İlin ikinci Günəş tutulması başladı 20:26 Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Что сулит освобождение Роберта Гилмана отношениям России и США? — Рамиз Юнус 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Zelenski azərbaycanlı hərbçiləri təltif etdi 17:17 Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 Почему Верховный лидер Ирана не появляется на публике? — ОБЪЯСНЕНО 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Все новости