Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edildi

Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edildi
16.12.2025 15:45

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının tabor və bölüklərində, həmçinin qərargah və atıcı tağımında çavuş və gizir heyətinin hərbi xidmətə qəbulu ilə bağlı müsabiqə elan edilib.

Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki sağlam, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəlikləri olmayan 40 yaşınadək hərbi vəzifəli Azərbaycan Respublikası vətəndaşları dekabrın 16-dan 26-dək müraciət edə bilərlər.

Mühafizə Alayında həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən şəxslərin sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması Nazirliyin Tibb baş idarəsinin Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə, fiziki hazırlığı isə Komissiya tərəfindən Azərbaycan Respublikası ədliyyə nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlanılır.

Ərizələri tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti, hərbi biletin əsli və surəti, tərcümeyi-hal və təhsil haqqında dövlət sənədinin əsli) birlikdə Mühafizə alayının Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn ünvanında yerləşən inzibati binasında müsabiqə komissiyasına təqdim etmək mümkündür.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlamaların nəticələrinə əsasən hərbi xidmətə qəbulu mümkün bilinən namizədlərlə müsahibə keçiriləcək və uğur qazanmış namizədlərin təyinat məsələsinə baxılacaqdır.

Maraqlanan şəxslər müsabiqənin keçirilməsi ilə bağlı (012) 514-90-06, (012) 514-90-24 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Все новости