"Otkot", büdcə talanı və korrupsiya: Hesablama Palatası kimləri ifşa etdi?

"Otkot", büdcə talanı və korrupsiya: Hesablama Palatası kimləri ifşa etdi?
28.04.2026 15:35

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a verdiyi müsahibədə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi ilə bağlı ciddi qiymətləndirmə verib.


Onun sözlərinə görə, bəzi hallarda tikinti layihələrinin icrası prosesində qənaət və səmərəlilik prinsipi tam gözlənilməyib. Bu, xüsusilə 2025-ci ildə aparılmış auditlərin nəticələrində öz əksini tapıb.

Sədr vurğulayıb ki, ölkə başçısının rəhbərliyi ilə Qarabağın dirçəldilməsi strateji əhəmiyyət daşıyır və bu istiqamətdə görülən işlər böyük önəm kəsb edir. Auditlər layihələr icra olunduğu üçün əsasən postaudit xarakteri daşıyıb və aşkarlanan nöqsanların ümumi məbləğlərə nisbəti əhəmiyyətli sayılmasa da, konkret sistematik problemlər diqqəti cəlb edir.

Sosial xarakterli obyektlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi

Bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının tikintisi kommersiya subyektlərinin vəsaiti hesabına nəzərdə tutulduğu halda, bu xərclər dövlət büdcəsi vəsaiti ilə həyata keçirilib. Eyni zamanda, yaşayış evləri və mənzillərin daha səmərəli layihələndirilməsi təmin edilməyib.

Təbii relyefin nəzərə alınmaması və qrunt işlərində artıq xərclər

Yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyef tam diqqətə alınmayıb. Şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadə artıb, əsaslandırılmış zərurət olmadan qruntun çıxarılması və əks doldurmanın həcmi şişirdilib. Bu, əlavə büdcə vəsaitinə tələbat yaradır.

İqtisadçı Natiq Cəfərlinin də qeyd etdiyi kimi, tikinti sektorunda ən “əlverişli” pul silmə üsullarından biri məhz torpaq-qrunt işləridir. Sənədlərdə göstərilən maşın reysləri, torpaq daşınma həcmləri və məsafələr real vəziyyətlə üst-üstə düşməyəndə, vəsaitlərin “yoxa çıxması” üçün geniş imkan yaranır. 


Qarabağın bərpası Azərbaycan dövlətinin və xalqının ən böyük prioritetlərindən biridir. Bu ərazilərə qayıdış, infrastrukturun yaradılması, evlərin, yolların, məktəblərin tikintisi yalnız maddi xərc deyil, həm də milli ləyaqət və gələcək nəsillər üçün investisiyadır. Hər manatın səmərəli xərclənməsi, korrupsiya və israfçılıq hallarının minimuma endirilməsi bu prosesin uğurunu birbaşa müəyyən edir.

Hesablama Palatasının bu auditləri və açıq müsahibəsi müsbət addımdır. Şəffaflığın artırılması, nöqsanların vaxtında aşkarlanması və aradan qaldırılması üçün ictimai nəzarət və cavabdehlik mexanizmlərinin gücləndirilməsi vacibdir.

Auditlər nəticəsində yalnız rəqəmlər yox, real nəticələr, büdcə vəsaitlərinin qorunması, günahkarların məsuliyyətə cəlb olunması və sistemdə islahatlar olmalıdır. 

Qənaət, səmərəlilik və şəffaflıq Qarabağın dirçəlişinin ən vacib şərtlərindəndir. Bu prinsiplərə riayət olunsa, ayrılan vəsaitlər daha çox ev, daha çox yol, daha çox həyat demək olacaq.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Все новости