NİİM toy karvanlarında hərəkət edən sürücülərə müraciət etdi

NİİM toy karvanlarında hərəkət edən sürücülərə müraciət etdi
15.12.2025 11:41

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir ki, toy karvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda süni sıxlıq yaratmırlar, onlar həm də qəzaların baş verməsinə səbəb olurlar.

NİİM bununla bağlı görüntü də yayıb. Bildirilib ki, ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınan bu qəza real mənzərəni əks etdirir:

"Müşahidələr onu göstərir ki, “toy karvanları”nda olan bəzi sürücülər nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur, manevr etmə qaydalarını pozur və yollarda süni sıxlıq yaradırlar. Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar".

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları”nda iştirak edən sürücülərin diqqətinə çatdırır ki, onlar qaydalara məsuliyyətlə yanaşmalı və bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etməlidirlər".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Все новости