“Müasir Gənclik və Sosial İnkişaf” İB-nin layihəsi başa çatdı – Fotolar

“Müasir Gənclik və Sosial İnkişaf” İB-nin layihəsi başa çatdı – Fotolar
06.03.2026 11:48

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev və Müstəqil Azərbaycan Konstitusiyası: Gənclərin Düşüncəsilə” adlı layihə uğurla başa çatdırılıb.  

TodayPress TV xəbər verir ki, layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edərək gənclərin hüquqi maarifləndirilməsi, Konstitusiya dəyərləri və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının təbliği məqsədilə icra olunub. 

Layihə çərçivəsində gənclərlə görüşlər, seminarlar, interaktiv müzakirələr və maarifləndirici tədbirlər təşkil edilib.  

Tədbirlər zamanı gənclərə Azərbaycan Respublikasının Konstitusiyasının əsas prinsipləri, hüquq və vəzifələr, hüquqi dövlət quruculuğunda gənclərin rolu, eləcə də Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı tarixi rolu barədə geniş məlumat verilib. 

İştirakçılar Konstitusiyanın gənclərin həyatındakı əhəmiyyəti və hüquqi düşüncə tərzinin formalaşdırılması mövzusunda fikir mübadiləsi aparıblar.

Layihə region gənclərinin hüquqi biliklərinin artırılmasına, vətəndaşlıq mövqeyinin gücləndirilməsinə və dövlətçilik ideyalarına bağlılığın möhkəmləndirilməsinə töhfə verib. İştirakçılar layihənin faydalı və maarifləndirici olduğunu vurğulayaraq bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.

Qeyd edək ki, “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi gələcəkdə də gənclərin hüquqi, sosial və vətəndaşlıq fəallığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini planlaşdırır.

TodayPress TV

ФОТО

“Müasir Gənclik və Sosial İnkişaf” İB-nin layihəsi başa çatdı – Fotolar — 1
“Müasir Gənclik və Sosial İnkişaf” İB-nin layihəsi başa çatdı – Fotolar — 2
“Müasir Gənclik və Sosial İnkişaf” İB-nin layihəsi başa çatdı – Fotolar — 3
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Все новости