Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium plenar iclasla davam edir

Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium plenar iclasla davam edir
22.10.2025 16:39 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium plenar iclasla davam edir.

TodayPress TV xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov xüsusən İslam dünyasındakı din təhsilinin müxtəlif modellərinə diqqət çəkərək bildirib ki, bir çox müsəlman ölkəsində bu sahə konfessional yanaşma üzərində qurulub və normativ mahiyyət daşıyır.

Belə bir təhsil modelində adətən müəyyən bir məzhəbin və ya dini cərəyanın baxışları əsas götürülür, digər məzhəblərin mövqeləri isə çox zaman “doğru yoldan kənarlaşma” kimi təqdim olunur. Rektor vurğulayıb ki, müxtəlif müsəlman ölkələrində klassik dini elmlərə münasibət arasında ciddi fərqlər müşahidə edilir. Hətta xalqları eyni dini məktəbə mənsub olan dövlətlərdə belə, dini təhsilin mahiyyətində və tətbiq formalarında dərin fərqliliklər nəzərə çarpır. Bu fərqlərin başlıca səbəbi isə, ilk növbədə, həmin ölkələrin dinə münasibətindəki ideoloji yanaşmalardır. Elə buna görə də, dini təhsili yalnız elmi aspektdən qiymətləndirmək kifayət etmir, bu sahədə ideoloji amillərin rolu da mütləq şəkildə nəzərə alınmalıdır.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov qeyd edib ki, Azərbaycan multikulturalizm və dini tolerantlıq ənənələrinin dərin köklərə malik olduğu bir ölkədir. Ölkəmizdə dövlət-din münasibətləri modelinin əsas fəlsəfəsi dünyəvilik prinsipi üzərində qurulmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsini də təmin edir. Müasir dövrdə din təhsilinin sadəcə dini biliklərin verilməsi ilə kifayətlənmədiyini qeyd edən V.Göyüşov onun həm də qloballaşma şəraitində gənclərin mənəvi immunitetinin formalaşdırılması, radikalizmin qarşısının alınması, multikultural dəyərlərin və dini tolerantlığın təbliği, eləcə də elmi, analitik düşüncə tərzinin inkişafı baxımından strateji əhəmiyyət daşıdığını bildirib. 

Türkiyə Respublikasının Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman simpoziumun təşkilatçılarına təşəkkürünü bildirib. Beynəlxalq simpoziumun müxtəlif ölkə alimlərinin din təhsili sahəsində təcrübələrini paylaşmasını, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərini və yeni layihələrini səsləndirilməsini mühüm amil kimi dəyərləndirib. O, Türkiyə və Azərbaycanda din təhsili sahəsində görülən işlər, hədəf və məqsədlər barədə danışıb. Bildirib ki, din təhsili müəssisələrində tələbələrə sadəcə elmi biliklərin deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin aşılanması mütləqdir.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov “Müasir din təhsili modelləri: qlobal transformasiyalar kontekstində Rusiya İslam teologiyasının konseptual təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Müasir dünyada din təhsilinin yalnız ənənəvi dini biliklərin ötürülməsi deyil, həm də şəxsiyyətin mənəvi formalaşması, mədəni identiklik və ictimai məsuliyyətin dərinləşməsi prosesi olduğunu deyib. Bildirib ki, qloballaşma, informasiya texnologiyalarının inkişafı, sosial transformasiyalar və yeni etik çağırışlar din təhsilinin metodologiyasını yenidən düşünməyi zəruri edir.

Pakistanın MUSLİM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli İslamda təhsil anlayışının təkcə dini biliklərin öyrənilməsi ilə məhdudlaşmadığını, elmi bilikləri, sosial dəyərləri, əxlaqı və insanın mənəvi-ruhi tərbiyəsini də əhatə etdiyini qeyd edib. Natiq bildirib ki, bu gün dünyada “konstruktivizm”, “tədqiqat yönümlü öyrənmə” və “süni intellekt əsaslı tədris” kimi modellər geniş yayılıb. Əslində, bu prinsiplər İslam elmi ənənəsinə yad deyil. Orta əsrlərin müsəlman elm məktəblərində tənqidi düşüncə, müzakirə, müşahidə və təcrübəyə əsaslanan öyrənmə əsas metodlar idi. Sadalananlar göstərir ki, biz köhnə irsimizi müasir texnologiyalarla yenidən birləşdirməliyik.

Qazaxıstanın “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim təmsil etdiyi qurumun din təhsili sahəsində mövcud təcrübəsindən bəhs edib. O, din təhsilinin təkmilləşdirilməsi istiqamətində vacib olan məsələlərə toxunub. Bildirib ki, bu istiqamətdə yüksəkixtisaslı müəllimlərin seçilməsi, keyfiyyətli tədris prosesinin olması məqsədəuyğun tədris metodlarının, dərsliklərin hazırlanması, təriqətçilik və məzhəbyönümlü tədrisin qarşısının alınması labüddür. Qonaq Azərbaycan Respublikasında mövcud dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu, bunun din təhsili metodologiyasında olduqca mühüm olduğunu deyib.  

Tbilisi Ruhani Akademiyası və Seminariyasının rektoru Giorgi Zviadadze çox vaxt dini ekstremizmdən qaynaqlanan çağırışlar fonunda müasir dünyada dini təhsil məsələsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, regional münaqişələrin qarşısının alınmasında və onların sülh yolu ilə həllinin təşviqində dinin rolu getdikcə artır. 

Rusiyanın Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov “Ruhani və mənəvi dəyərlər - insanlığın əxlaqi təməli” mövzusundakı təqdimatında bu dəyərlərin insan şəxsiyyətinin mənəvi sütunlarını təşkil etdiyini deyib. Vurğulayıb ki, ruhani-mənəvi dəyərlər insanın ailəyə, cəmiyyətə və digər insanlara münasibətində əsas olan prinsiplərdir. 

ABŞ-nin Baskerville İnstitutunun icraçı direktoru Bahman Baktiari təqdimatında qlobal etika və təhsilin missiyası mövzusunu şərh edib. Bildirib ki, bu gün təhsil sadəcə bilik ötürmək deyil, əxlaqi şəxsiyyət formalaşdırmaq deməkdir. Universitetlər və dini institutlar gəncləri təkcə iş dünyasına deyil, bəşəriyyətin ortaq məsuliyyətinə hazırlamalıdır.

Simpozium işini panel sessiyalarla davam etdirir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Bütün Xəbərlər