MSİM ilə NDU arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib

MSİM ilə NDU arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib
22.12.2025 16:23

Azərbaycanın Süni İntellekt üzrə 2025–2028-ci illər üçün təsdiq edilmiş Strategiyası çərçivəsində Dekabrın 20-də Naxçıvan Dövlət Universiteti ilə Milli Süni İntellekt Mərkəzi arasında təhsil və innovasiya sahələrində uzunmüddətli əməkdaşlığa start verilib və bu çərçivədə süni intellekt sahəsində insan kapitalının hazırlanması və regional innovasiya imkanlarının genişləndirilməsi istiqamətləri müzakirə olunub.

TodayPress TV xəbər verir ki, görüşdə universitetdə süni intellekt üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması, bakalavr və magistratura səviyyələrində süni intellekt yönümlü tədris proqramlarının və sillabusların tətbiqi, eləcə də səhiyyə sahəsində süni intellekt texnologiyalarının istifadəsi əsas prioritetlər kimi müəyyən edilib.

Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov mərkəzin fəaliyyət istiqamətləri, “Smart Office” yanaşması, texnoloji infrastrukturun gücləndirilməsi və tələbələr üçün nəzərdə tutulan dəstək mexanizmləri barədə məlumat verib. O, Milli Süni İntellekt Mərkəzinin universitetlərlə əməkdaşlığı gücləndirməklə akademik biliklərlə praktik tətbiqlər arasında körpü rolunu oynamağa xüsusi önəm verdiyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bu əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edərək, ali təhsil müəssisəsində süni intellekt mərkəzlərinin yaradılması, rəqəmsallaşmanın genişləndirilməsi və tələbələrin süni intellekt sahəsinə adaptasiyasının sürətləndirilməsinin əsas prioritetlər sırasında yer aldığını bildirib.

Görüş zamanı universitet tələbələrinin Milli Süni İntellekt Mərkəzinin ekosisteminə cəlb ediləcəyi, fərqlənən və uğurlu tələbələrə sistemli dəstəyin göstəriləcəyi, eləcə də universitetin tibb sahəsində süni intellekt tətbiqləri üzrə regional innovasiya mərkəzinə çevrilmək potensialına malik olduğu qeyd edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Все новости