MŞ İH-nin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində oldular

MŞ İH-nin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində oldular
17.06.2025 14:05 Cəmiyyət

Mətbuat Şurası İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.

Bu barədə TodayPress TV-yə Mətbuat Şurasından (MŞ) məlumat verilib.

Qeyd edilib ki, 15 iyun Milli Qurtuluş Günü və Azərbaycan milli mətbuatının 150 illiyi münasibəti ilə səmimi təbriklərini çatdıran səfir Birol Akgün Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə diqqət çəkib. Ali diplomatik təmsilçi həmçinin hər iki ölkənin media əməkdaşlığının dərinləşdirilməsi istiqamətindəki planlar barədə də danışıb.

MŞ sədri Rəşad Məcid Milli Qurtuluş Gününün Azərbaycanın taleyindəki rolundan, Şuşa Bəyannaməsinin gələcək onilliklər üçün yol xəritəsini müəyyən edən müstəsna sənəd kimi əhəmiyyətindən söz açıb. O, eyni zamanda Azərbaycan və Türkiyənin media həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyinə toxunub.

MŞ İdarə Heyətinin üzvləri Azərbaycan və Türkiyənin media gündəminə dair spesifik məqamlarla bağlı fikirlərini açıqlayıb, suallarını ünvanlayıblar.

Xüsusilə, Türkiyənin bəzi media orqanlarında iki qardaş ölkə arasında etimada xələl gətirməyə hesablanmış yazıların yolverilməzliyi vurğulanıb, belə hallara qarşı birgə mübarizənin vacibliyi üzərində dayanılıb.

Görüşdə əməkdaşlığın perspektivləri, o cümlədən, informasiya mübadiləsinin daha da gücləndirilməsi yolları və mövcud istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan gələcək fəaliyyət müzakirə edilib.

FOTOLAR

MŞ İH-nin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində oldular — 1
MŞ İH-nin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində oldular — 2
MŞ İH-nin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində oldular — 3
MŞ İH-nin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində oldular — 4
MŞ İH-nin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində oldular — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər