Milli Məclis "Patent haqqında" qanuna çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul etdi

Milli Məclis "Patent haqqında" qanuna çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul etdi
26.12.2025 13:16

Milli Məclis "Patent haqqında" qanuna çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qanuna beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.

Bildirilib ki, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması nəzərdə tutulur. Qanun layihəsinə görə ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12 ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq.

Eyni zamanda patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi nəzərdə tutulur.

Həmçinin, ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər. Hazırkı qanunvericiliyə əsasən Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməlidirlər. Bu da əlavə vaxt və vəsait itkisinə, xüsusilə patent alınması ilə bağlı daxilolmaların həcminin azalmasına səbəb olur, həmçinin xarici vətəndaşlara münasibətdə ixtira və patent fəallığı azalır.

Qanun layihəsi patent göstəriciləri üzrə ölkənin beynəlxalq reytinqinin artmasına xidmət edəcək və iddiaçıların iddia sənədlərinin tərtib olunması və verilməsində üzləşdikləri texniki çətinlikləri azaldacaq.

Sənəddə vurğulanıb ki, işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcəklər.

Dəyişiklik layihəsi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasını özündə ehtiva edir.

Beləliklə, qanun layihəsi:

  • ölkədə ixtira və patent fəallığını yüksəldəcək;
  • patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ekspertiza müddəti nəzərəçarpacaq dərəcədə azalacaq;
  • ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddi vəziyyətinin yaxşlaşması ilə yanaşı sənayedə tətbiq oluna bilən ixtiraların sayının artmasına da müsbət təsir edəcək;
  • Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəriciləri yaxşılaşacaq;
  • əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Все новости