Məhərrəm ayının tarixləri ilə bağlı ziddiyyət: Hansı doğrudur?

Məhərrəm ayının tarixləri ilə bağlı ziddiyyət: Hansı doğrudur?
02.04.2026 12:35

Məhərrəm ayı iyun ayının 16-sı daxil olacaq, 14 iyulda bitəcək. 

Bu barədə TodayPress TV-yə ilahiyyatçı-alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlisi Samid Quliyev məlumat verib.


Onun sözlərinə görə, 15 iyulda Səfər ayı daxil olacaq, avqust ayının 3-də İmam Hüseynin (ə) 40-cı günü – Ərbəin mərasimi qeyd olunacaq. 13 avqust tarixində Səfər ayı bitəcək.

"Bu aylar özündə böyük mənəvi dəyərləri, şəhidlik fəlsəfəsini və vətənə bağlılığı ehtiva edir. Kərbəla hadisəsi bizə haqq uğrunda mübarizənin, zülmə boyun əyməməyin və ədalət yolunda canından keçməyin ən ali nümunəsini göstərir. 

Şəhidlik anlayışı insanın ən uca zirvəsidir. Vətən, haqq və ədalət naminə canını fəda edənlərin yolu heç vaxt unudulmur. Bu baxımdan, Məhərrəm və Səfər ayları bizə vətənpərvərlik ruhunu daha da dərindən anlamağı, birlik və həmrəylik içində olmağı aşılayır".

İlahiyyatçı əlavə edib ki, bu müqəddəs günlər insanları düşünməyə vadar edir: 

"Sual yaranır, biz hansı dəyərlər uğrunda yaşayırıq və lazım gəldikdə nələri qoruya bilərik? İmam Hüseynin (ə) yolu bizə öyrədir ki, haqqın yanında olmaq üçün say çoxluğu deyil, iman və iradə əsasdır. Qoy bu aylar qəlbimizdə mərhəmət, ədalət və vətən sevgisini daha da gücləndirsin, bizi daha düzgün, daha vicdanlı və daha məsuliyyətli insan olmağa sövq etsin".

Qeyd edək ki, mediada Məhərrəmlik ayının iyunun 16-da başlayıb, iyulun 15-də başa çatacağı ilə bağlı informasiya yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Оман и Иран подтвердили приверженность свободному судоходству в Ормузском проливе 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 «Второй этап будет сложнее», — предупредил глава МИД Китая 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Все новости