Məhəmmədi gölündə balıqları zəhərləyiblər? – AÇIQLANDI

Məhəmmədi gölündə balıqları zəhərləyiblər? – AÇIQLANDI
04.06.2025 18:50 Cəmiyyət

Abşeronun Məmmədli kəndi ərazisindəki su hövzəsində balıqlar kütləvi şəkildə tələf olub.  

Ekoloq Qorxmaz İbrahimli mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu hadisə təbii amillərlə izah oluna bilməz.

Onun sözlərinə görə, balıqlar zəhərlənmə nəticəsində ölüb. 

"Ola bilsin, kimsə orada qanunsuz ovla məşğul olub, suya zəhərli maddə buraxıb. Tuta bildiyi balıqları götürüb, digərləri isə ölüb. Bu kimi hallar təəssüf ki, tez-tez baş verir", - deyə ekoloq bildirib.

Qorxmaz İbrahimli əlavə edib ki, göldə çirkab və ya kimyəvi tullantıların axması ehtimalı da araşdırılmalıdır. Onun fikrincə, yalnız bu cür müdaxilələr balıqların kütləvi ölümünə səbəb ola bilər.

“Əgər gölün birbaşa su daşıyıcısı, məsələn, çayı yoxdursa və müxtəlif axıntılarla qidalanırsa, bu zaman çirkab və zəhərli maddələrin təsiri daha da güclənə bilər. Təbii şəraitdə balığın belə kütləvi ölümü qeyri-mümkündür", - deyə ekoloq qeyd edib.

Qeyd edək ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Aqrar Xidmətlər Agentliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi hələlik açıqlanmayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUN 2026
Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Bütün Xəbərlər