"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olundu

"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olundu
28.02.2026 17:48

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

TodayPress TV xəbər verir ki, təlimin səkkizinci günündə ustad dərslərini Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva, Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl keçiblər.

Bu dəfə təlim "Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri" mövzusuna həsr edilib.

Təlim çərçivəsində Fazil Novruzov media sahəsində dövlət dilinin qorunması ilə bağlı mövcud normativ bazadan və nəzarət mexanizmlərindən danışıb. O, "Media haqqında" Qanunda və digər hüquqi sənədlərdə dil normaları ilə bağlı xüsusi müddəaların əks olunduğunu bildirib və bu qaydalara praktikada əməl edilməsi mövzusuna toxunub.

Fazil Novruzov vurğulayıb ki, tənzimləyici qurum olaraq əsas vəzifələri nəzarətdir. Bu nəzarət isə proqramların monitorinqi, eləcə də dil normalarına, "Media haqqında" və "Reklam haqqında" qanunların tələblərinə əməl edilib-edilməməsi ilə bağlıdır.

Həmçinin diqqətə çatdırılıb ki, televiziya normativ və etalon rolunu oynayır. Son dövrlərdə televiziya verilişləri çox tənqid edilir. Buna əsas səbəb eyni mövzulara toxunulması və sosial mediada yayılan dil qüsurlarının efirə daşınmasıdır.

Təlimdə Media İnkişaf Agentliyi, Audiovizual Şura, Dilçilik İnstitutu, Teleradio Akademiyası, eləcə də BDU-nun Jurnalistika və Filologiya fakültələrinin nümayəndələrinin bir araya gəlməsinin vacibliyi önə çəkilib. Elm, dil və media sahəsində birgə müzakirələrin aparılmasının zəruriliyi vurğulanıb, media dili ilə bağlı kitabın hazırlanmasının mümkünlüyü qeyd olunub.

Təlimdə Sevinc Əliyeva bildirib ki, nitq ədəbi dil normaları əsasında formalaşmalıdır və dilin ahəngliyi qorunmalıdır. O deyib ki, televiziya və radio aparıcılarının tələffüzü cəmiyyət üçün nümunədir və orfoepik qaydalara riayət edilməsi xüsusi əhəmiyyət daşıyır. Üslub məsələsinə də toxunan Sevinc Əliyeva diqqətə çatdırıb ki, dil subyektiv baxışlarla səciyyələnir, onun qorunması və inkişafı hər birimizin borcudur.

Professor iştirakçılara onların yalnız nitqdə deyil, davranış və geyim mədəniyyətində də tamaşaçıya örnək olduqlarını söyləyib.

Təlim zamanı Təranə İsmayıl bütün redaksiyalarda vahid lüğətin olmasını və materialların həmin mənbəyə istinad edilməklə hazırlanmasının vacibliyindən danışıb. Diqqətə çatdırılıb ki, hazırda bir çox redaksiyalarda korrektə işi demək olar ki, yox səviyyəsindədir. O yazı materiallarında orfoqrafik səhvlərə çox rast gəlindiyini qeyd edib.

Təlim çərçivəsində "Səsimiz kimin əlindədir?" mövzusu da müzakirə olunub. Bildirilib ki, bir vaxtlar aparıcının səsi norma və ölçü meyarı hesab edilirdi, bu gün isə hər kəs canlı yayıma çıxır, fikir bildirir.

Təranə İsmayıl hazırda əsas problemlərdən birinin "c" və "ç" səslərinin düzgün tələffüz olunmaması ilə bağlı olduğunu da diqqətə çatdırıb. O, bu məsələyə xüsusi diqqət yetirilməsinin vacib olduğunu söyləyib.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi mediada Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Все новости