Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirildi

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirildi
23.06.2025 17:15 Cəmiyyət

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, Maliyyə naziri Sahil Babayev dövlət qulluqçularının səmərəli fəaliyyətlərinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, nazirliyin 9 nəfər əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, 1 nəfər əməkdaşın isə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görüldüyünü bildirib. 

Təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən nazir S.Babayev indiyədək Maliyyə Nazirliyinin 105 nəfər əməkdaşının Azərbaycan Respublikasının fəxri adları, orden və medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Dövlət himni səsləndirildikdən sonra yeni əməkdaşlar and içərək onlara göstərilən etimadı doğruldacaqlarına, vəzifə borclarını vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər. 

Dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərə xidməti vəsiqələr təqdim edən nazir təltif olunan, eyni zamanda Maliyyə Nazirliyində ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin müasir dövlət qulluğu sisteminin yaradılması və inkişafındakı əvəzsiz rolu xüsusi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub və dövlət qulluğu sahəsində vahid dövlət siyasəti formalaşdırılıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər