Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər

Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər
29.08.2025 16:41 Cəmiyyət

Heydər Əliyev Mərkəzində distant formada keçirilən növbəti Çin dili kurslarının birinci mərhələsini uğurla başa vuran 20 tələbəyə sertifikatlar təqdim olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunun və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə UNEC-də distant Çin dili kursları təşkil olunur. Üçüncü qəbul üzrə tədris UNEC-də 2024-cü ilin dekabrından başlayıb.

Sertifikatların təqdim olunması mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla Əliyevanın rəhbərliyi ilə başlanılan distant Çin dili kursları qısa müddətdə böyük marağa səbəb olub. O deyib ki, müraciətlərin sayı hər mərhələdə dəfələrlə artıb. Rektor vurğulayıb ki, kursların distant formada keçirilməsi həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar üçün geniş imkanlar açır.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxışında bildirib ki, qədim zamanlardan Çindən Qərbə doğru gedən karvanlar təkcə ipək deyil, mədəniyyət, ədəbiyyat və sənət də aparırdılar. Onun sözlərinə görə, Azərbaycan da bu mədəni mübadilənin bir parçası olub, buradan da Çinə ədəbi və mədəni nümunələr gedib çıxıb. Bu səbəbdən dünya ədəbiyyatına baxanda Şərq və Qərb ənənələrinin qarışıq, zəngin mənzərəsi ilə qarşılaşırıq. Rektor vurğulayıb ki, Çin mədəniyyəti, dili, ədəbiyyatı, Konfutsi və Lao Tszının yaratdıqları böyük fəlsəfi irs tələbələr üçün öyrənilməli dəyərlərdir.

Tədbirdə çıxış edən kursun məzunları Turanə Kamalova və Aydan Qurbanova diqqətə çatdırıblar ki, distant Çin dili kursları onların həyatında yeni imkanlar açıb və gələcək fəaliyyətlərinə müsbət təsir göstərib. Qeyd ediblər ki, bu proqram sayəsində həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət üçün vacib biliklər qazanıblar.

Çıxışlarda, həmçinin bildirilib ki, dərslərə Azərbaycanın müxtəlif regionlarından, eləcə də Çində və digər xarici ölkələrdə yaşayan azərbaycanlılar da qoşula bilirlər. Şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin təhsil haqları Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Tədris müxtəlif yaş qruplarını əhatə edir. İndiyədək ən gənc tələbənin 14 yaşı, ən yaşlı tələbənin isə 74yaşı olub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı həm də kurs iştirakçılarının ifalarında Çin mədəniyyətini tərənnüm edən bədii proqram təqdim olunub.

FOTOLAR

Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 1
Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 2
Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 3
Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 4
Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 5
Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 6
Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 7
Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim etdilər — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər